Böyük pərakəndə satış şirkəti Mağaza Meneceri axtarır

Menecer


İşəgötürən: “Sinteks Group of Companies”

Vəzifənin rolu:

Bu vəzifənin rolu  mağazada məhsulların alışını və satışını təşkil etməkdir. 

Vəzifə öhdəlikləri:

  • Satış göstəriciləri və məhsul qalığının əsasında satınalma büdcəsini formalaşdırır
  • Satış üçün məhsulları sifariş edir
  • Satışların təşkili üçün nəzərdə tutulan qeyri-kommersiya xarakterli malları sifariş edir
  • Satış təmsilçilərinə  aylıq satış hədəflərini  təyin edir 
  • Ümumi satış hədəfi tələblərini yerinə yetirir
  • Mağaza işçilərini  işə götürür
  • İşçi heyətinə müvafiq  “Satış Texnikası”, “Müştəri Xidmətləri” təlimlərini verir
  • Yeni kolleksiyalar haqda mağaza heyətini tanış edir 
  • VİP satışları həyata keçirir
  • Brendin standartlarına uyğun məhsulların sərgilənməsini təşkil edir 
  • Mağazalarda  müştəri xidməti  tələblərinə riayət edir 
  • İşçilərin iş qrafiklərini hazırlayır və davamiyyəti müvafiq olaraq idarə edir
  • İş prosedurlarına uyğun olaraq gündəlik işləri təşkil edir
  • Autsors işlərini təşkil (dərzi,kimyəvi təmizləmə işləri və s.) edir
  • Şirkətin əmlakının qorunub saxlanılmasını təmin edir və talama halları barədə rəhbərinə məlumat verir
  • Mağazadakı nasazlıqları aşkar edir və qısa müddətdə aradan qaldırılması üçün tədbirlər görür
  • Mağazada sanitariya-gigiyena, təhlükəsizlik və intizam qaydalarına riayət edir və  pozuntular barədə rəhbərliyi məlumatlandırır

Əsas tələblər: 

Təhsil:

  • Ali təhsil arzuolunandır

Təcrübə:

  • Müvafiq satış sahəsində ən az 4 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 2 il təcrübə
  • Sifariş etmə təcrübəsi
  • Müsahibə aparmaq təcrübəsi
  • Bonus sistemi ilə işləmə təcrübəsi

Professional Biliklər:

  • Müştəri Xidmətləri
  • Satış Texnikası
  • Merçendayzinq qaydaları
  • Şirkətin daxili idarəetmə proseduru
  • Rus dilli mükəmməl, İngilis dili orta səviyyədə
  • MS Office Proqramlarını mükəmməl bilmək

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • İdarəetmə bacarığı
  • Liderlik
  • Təşkilatçılıq
  • Satış bacarıqları 
  • Müsahibə aparmaq bacarığı
  • Təlim keçmə bacarığı
  • Ünsiyyət bacarıqları
  • Zamanın idarəolunması
  • Problem həll etmə
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mağaza Meneceri” qeyd edərək elektron poçt ünvanına göndərə və ya bu nömrə ilə əlaqə saxlaya bilərlər: (051) 201-25-62.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu Qafqaz və Mərkəzi Asiyanın ən böyük və uğurlu moda pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox moda, zərgərlik, gözəllik və məişət kommunal mağazalarını və 10-dan çox qəhvəxana filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində aparıcı beynəlxalq brendləri təmsil edir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]