Şirkətə istehsalat işçisi və avtokar sürücüsü axtarılır (Sumqayıt)

Sürücü


-İşəgötürən:  “Master Builders Solutions Azerbaijan”

 -Vakansiya: İstehsalat işçisi və Avtokar sürücüsü

Elanın bitmə tarixi 15 may 2022

 -Vəzifə : İstehsalat işçisi

Əsas vəzifə öhdəlikləri:

İstehsalat bölməsindəki avadanlıq, təchizat və materialı təlimatlara uyğun olaraq işlətmək, verilən tapşırıqları yerinə yetirmək.

İş əsnasında texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər:

Orta və ya orta ixtisas təhsili, peşə təhsili

Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı.

Minimum 1 illik iş təcrübəsi;

Əmək haqqı işçinin bilik və bacarığından,məsuliyyətindən asılı olaraq dəyişə bilər.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Şirkət hesabına nahar verilir.

İş qrafiki: 5 (həftəlik 40 saat)

İş saatı 18:00-03:00

Ünvan – Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,Az 5022

Vəzifə : Avtokar sürücüsü

Əsas vəzifə öhdəlikləri:

İstehsalat bölməsindəki avadanlıq, təchizat və materialı təlimatlara uyğun olaraq işlətmək, verilən tapşırıqları yerinə yetirmək.

Yüklərin təyinatı üzrə boşaldılması, daşınması, yerləşdirilməsi

Avtokarın təhlükəsiz və səmərəli idarə edilməsinə görə məsuliyyət daşımaq

İşin düzgün planlaşdırılması və verilən tapşırıqları vaxtında yerinə yetirmək

Ona təhkim edilmiş texnikanı işlək və təmiz vəziyyətdə saxlamaq,

Aşkar etdiyi bütün nasazlıqlar haqqında sahə rəisinə məlumat vermək

İş əsnasında texniki təhlükəsizlik qaydalarına riayət etmək.

Namizədə tələblər:

Orta və ya orta ixtisas təhsili, peşə təhsili

Avtokar sürmək üçün müvafiq vəsiqənin və ya sertifikatın olması mütləqdir.

Minimum 1 illik iş təcrübəsi;

Məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı.

Əmək haqqı işçinin bilik və bacarığından,məsuliyyətindən asılı olaraq dəyişə bilər.

İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Şirkət hesabına nahar verilir.

İş qrafiki: 5 (həftəlik 40 saat)

İş saatı 18:00-03:00

Ünvan – Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi,Az 5022

Tərcümeyi-halınızı 15 May 2022-ci il tarixindən gec olmamaq şərti ilə elektron ünvanına [email protected] subject/mövzu hissəsində “İstehsalat işçisi ”və ya  “Avtokar sürücüsü” qeyd etməklə göndərə bilərsiniz.

Şirkət haqqında
Master Builders Solutions Azerbaijan MMC 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir. Şirkətimiz inşaat kimyəvilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.

Ünvan
AZ 1025, Bakı şəhəri, Xocalı pr. 55, Ağa iş mərkəzi, 12-ci mərtəbə

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]