Şirkət elektrik mühəndisi axtarır

Elektrik


TTL Construction Group şirkəti Elektrik Mühəndisi vəzifəsi üzrə vakansiya elan edir.

-Elan tarixi: 26.04.2022

-Bitmə tarixi: 26.05.2022

-Şirkət: TTL Construction Group

-Ərazi: Bakı

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 3 il

-Yaş həddi: 25 — 45 yaş

-Təhsil: Natamam ali təhsil (bakalavr)

-İş rejimi: Tam iş günü (5 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: [email protected]

Tələblər:

Elektrik mühəndisliyi üzrə bakalavr/magistr təhsili;

Tikinti qanunvericiliyi və tikinti norma və qaydalarına dair biliklərin olması

Müvafiq sahə üzrə  3 il iş təcrübəsi

Microsoft office, AutoCad proqramlarında işləmək bacarığı

Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;

Yaxşı ünsiyyət və təlim bacarıqları;

Hesabat hazırlama və analiz etmə bacarığı.

Əsas vəzifə və öhdəliklər:

Elektrik verilişi və digər işlər üzrə layihələndirmə işlərində iştirak edilməsi;

Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların çəkilməsi;

Layihələrdə təmir-tikinti işlərinə nəzarət olunması, elektrik işlərinin düzgün təşkil edilməsi;

Bina və tikililərin daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;

Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;

Tabeliyində olan işçilərin işlərinin təşkil olunması və onlara nəzarət edilməsi;

Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi;

Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xəttlərinə nəzarət olunması;

Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması;

Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;

Elektrik kabellərin, maşınlarının, elektrik cihazlarının kompleks sınaqdan keçirilməsi;

Birxəttli elektrik diaqramlarının tərtib edilməsi və oxumaq qabiliyyəti, digər texniki sənədlərin tərtib edilməsi;

Verilmiş tapşırıqlara əsasən elektrik yuvalarının quraşdırılması və verilmiş elektrik sxemləri üzrə işlərin görülməsi;

Elektrik, yanğın təhlükəsizliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək;

İş şəraiti:

Həftəiçi 5 gün saat 09:00-18:00

Əməkhaqqı razılaşma əsasında

Karyerasını bizimlə davam etmək istəyən namizədlər “mövzu” hissəsində “Elektrik mühəndisi” yazmaqla, öz CV-ni e-mail adresinə [email protected] göndərə bilərlər.

“TTL” QSC şirkəti, 2009-cu ildən etibarən fəaliyyət göstərir.
Şirkət inşaat, tikinti, memarliq, elektrik kommunikasiya və bu sahələrə bağlı bütün iş kompleksini əhatə edərək,layihələndirmədən başlayaraq,istismara təhvil mərhələsinə kimi bütün işləri icra edir.
“TTL” QSC şirkəti fəaliyyət göstərdiyi müddətdə Bakı şəhərində və Azərbaycanin rayonlarında müxtəlif təyinatlı obyektlərin, yaşayış massivlərinin elektrik, telekommunikasiya, video-güvənlik, havalandırma,mexaniki, su təchizati, kanalizasiya, isitmə, ventilyasiya, yanğınsöndürmə və s. sistemlərini layihələndirmiş və quraşdırmışdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]