Şəxsi avtomobili olan qəza komissarı axtarılır (Bərdə)

İşəgötürən – Azərsun Holdinq (Azərbaycan Sənaye Sığorta)
İş yeri- Bərdə
Son müraciət tarixi- 23.07.2022
Vakansiya – Qəza Komissarı
Ümumi məlumatlar
– Orta və ya ali təhsilli olmalı;
– Aidiyyatı sahədə iş təcrübəsi olması üstünlükdür;
– B kateqoriyalı sürücülük vəsiqəsi olmalı;
– Şəxsi avtomobili olmalı;
– Yol hərəkəti haqqında anlayışlı olmalı;
– Regionları tanımalı;
– Avtomobilin texniki hissələrindən anlayışı olmalı;
– Ünsiyyətcil, işgüzar, analitik düşüncə tərzi, kollektivdə işləmək qabiliyyəti olmalı.
İş haqqında məlumat
-Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq;
– Hadisə yerinə çıxış etmək, hadisənin foto və video çəkilişlərini aparmaq;
– Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
– Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
– Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
– Sığorta hadisəsi yerində DYP əməkdaşı tərəfindən YNH-nin iştirakçılarının sənədlərini aparılmış olsa belə, tələb olunan sənədlərin surətlərini və ya şəkillərini əldə etmək məqsədilə DYP-nın ünvanına getmək;
– Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək;
– Sığorta işinin açılması üçün, ilkin topladığı sənədləri 1 iş günü ərzində Müştəri Xidmətləri Şöbəsinə təhvil vermək;
-Yekun sığorta ödənişi aktının tərtibatında iştirak etmək
İş şərtləri
Həftə içi 5 gün, 09:00-18:00
Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində “Qəza Komissarı (Bərdə)“ qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər
Vakansiyalar
-
1 gün, 3 saat, 26 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 3 saat, 40 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 2 saat, 24 dəq
-
2 gün, 4 saat, 2 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 4 saat, 3 dəq