Şəxsi avtomobili olan merçendayzer axtarılır

Merçendayzer


-İşəgötürən:  “Retailor LLC”

 -Vakansiya: Merçendayzer

– Maaş : 800 AZN

-Son tarix 16 iyun 2022

 – E-mail – [email protected]

Vəzifə öhdəlikləri:

Şirkət məhsullarının istehlakçının diqqətini cəlb edəcək şəkildə satışın artırılması məqsədi ilə açılış və düzülüşlərinin gerçəkləşməsini təmin etmək, məhsulu satışa hazırlanmasını və realizə edilməsinə təmin etmək, qiymətinin kontrol edilməsi, məhsula satış görünüşünü vermək. 

Rəqib məhsullardan daha yaxşı yerlərdə açılışını və düzülüşünü təmin etmək, əlavə açılış sahələri yaradaraq məhsullarımızın satış nöqtəsinin içərisindəki sahib olduğu payı artırmaq.

Satış nöqtəsində hərəkət istiqamətinə görə rəff başında, hərəkət istiqaməti münasib deyilsə ən çox diqqət çəkən rəflərdə açılışını və normativlərə uyğun düzülüşünü təmin etmək, məhsul qruplarının hamısını birlikdə açılışına və düzülüşünə çalışmaq.

Satış nöqtələri işçiləri ilə ünsiyyət quraraq rəqib firma aksiyaları və eləcə də iş yeri haqqında öyrənmək, rəff payı və penetrasiya faizlərini artırmaq üçün ziyarət etdiyi satış nöqtələrindəki əksiklikləri barəsində müdirinə məlumat vermək, məhsulların yayımını təmin etmək.

Şirkətin daxili nizam-intizam qaydalarına, korporativ və etik davranış normalarına daim riayət etmək.

Daim şirkətin mənafeyini və imicini qorumaq.

Verilmiş tapşırıqların tam icrası, hədəflərin vurulması, pul yığımı və yaranmış problemlərin vaxtında rəhbərliklə paylaşılması.

Tələblər:

Satış sahəsi üzrə bilik və bacarıqlar;

Yüksək səviyyədə ünsiyyət və təşəbbüskarlıq;

Komandada işləmək bacarığı;

İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Pərakəndə və Horeca kanalları üzrə minimum 1 ildən artıq satış təcrübəsi.

Ali və Orta təhsil

Dil bilikləri:Azərbaycan dili və Rus dili

Xanım namizədlər

Yaş həddi: 25-35

İş saatı: 09:00 – 18:00;

İş qrafiki: 5 gün (çərşənbə axşamı-şənbə),

İstirahət günləri: bazar-bazar ertəsi

Əmək haqqı: 800 manat;

Şəxsi nəqliyyat vasitəsi olanlara  üstünlük veriləcək.

Şirkət tərəfindən yanacaq və amortizasiya xərcləri qarşılanır.

Maraqlanan namizədlər  [email protected] email ünvanına “Merçendayzer” başlığı ilə müraciət edə bilər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]