Ticarət şirkəti satış təmsilçisi axtarır

Merçendayzer


“Ceylan” MMC “Satış təmsilçisi” vakansiyası elan edir.
Vəzifə və öhdəlikləri:
-Şirkət Məhsularının satışının təşkil edilməsi;
– Ərazisində olan Mağazalarda (Supermarketlər) məhsul ehtiyacının müəyyənləşdirilməsi;
– Ehtiyac müəyyənləşdikdən sonra sifarişin götürülməsi;
– Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər xüsusiyyətləri barədə məlumatın verilməsi; 
– Müştərilərlə daim əlaqədə olması, onların ehtiyac və tələblərinin analiz edilməsi;
– Mağazalarda məhsulun düzülüşünə, səliqəli şəkildə görünməsinin (Merçendayzinq) təşkil edilməsi;
– Görülən işlərin hesabatını bir başa rəhbərinə düzgün təqdim edilməsi;
– Rəhbərliyin göstərilən vəzifə üzrə digər tapşırıqlarının həyata keçirilməsi.

İş qrafiki və Əmək haqqı:
Həftə içi 1-5 günlər, şənbə və bazar istirahət günüdür
– iş saatı: 09:00 – 18:00;
-Əmək haqqı 494 AZN(fix) + 700-750 AZN(bonus).
Namizədə qarşı tələblər:
Yalnız xanım namizədlər
– Satış sahəsində minimum 2 il iş təcrübəsi;
– 23 – 30 yaş arası;
– Səliqəli xarici görünüş;
– Səlis nitq bacarığı;
– Fikirlərini aydın ifadəetmə bacarığı;
– Ünsiyyətcil;
-İnandırma qabiliyyəti;
-Komanda ilə işləmə bacarığı;
– Satış bacarığı;
– Məsuliyyətli;
Qeyd: Şirkət Bakı Şəhər Suraxanı Rayonu Bülbülə qəsəbəsində yerləşir. Satış təmsilçisi Şirkətə zəruri hallarda gəlir. Birbaşa iş üçün müəyyən olunmuş əraziyə çıxır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində “Satış təmsilçisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ceylan iyirmi ildən artıqdır ki, distribusiya və lojistik xidmətləri göstərən Azərbaycanın aparıcı şirkətidir.

Bizim şirkətimiz 1997-ci ildə quruldu və həmin ildən etibarən “Mars” şirkətinin Azərbaycandakı ilk distribyutoru olmuşdur. Bu əməkdaşlıq 20 ildən çox davam etmişdir. İndi Ceylan portfelində tanış ola biləcəyiniz 10-dan çox Avropa markası var.

Baş ofisimiz Bakı şəhərində yerləşir. Şirkətin yeddi əsas regional ofisi var və onlardan Azərbaycanın bütün bölgələrinə çatdırılma həyata keçirilir. Bunlar aşağıdakı şəhərlərdə yerləşir: Bakı, Sumqayıt, Şəki, Xaçmaz, Gəncə, Lənkəran, Sabirabad



Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]