“Avrora Qrup”da çalışmaq istəyənlərə şad xəbər

Sürücü

karyera avrora


Avrora Qrup ailəsinin üzvü olmaq istəyənləri karyera gününə dəvət edir. Sürətlə inkişaf edən, qarşısına qoyduğu hədəflərə uğurla addımlayan Avrora Qrup öz komandasını genişləndirmək, eyni zamanda peşəkar kadrları cəlb etmək üçün 29.10.2022-ci il tarixində saat 10:00-dan 15:00-a qədər karyera günü təşkil edəcək.

Karyera günündə satış nümayəndəsi, merçendayzer, fəhlə, sürücü, sürücü köməkçisi və müxtəlif istiqamətlərdə mütəxəssis kateqoriyalı vəzifələr üzrə müraciətlər qəbul ediləcək. Anket formasını dolduraraq müraciət etmiş namizədlər aktiv vakansiyalar üzrə uyğun olduğu təqdirdə təkrar müsahibəyə (imtahana) dəvət ediləcəklər.

Qeyd edək ki, karyera günündə iştirak edən namizədlərin bir qrupu növbəti illərdə yaranan vakansiyalar üçün ehtiyat bazaya əlavə olunacaq. Gələcəkdə tələb yaranan zaman işə qəbul prosesində bu namizədlərə üstünlük veriləcək.

Karyera günündə iştirak etmək istəyən namizədlər 29.10.2022-ci il saat 10:00-dan etibarən Nərimanov rayonu, Aşıq Molla Cümə 46 C ünvanında yerləşən “Avrora Qrup”un mərkəzi ofisinə şəxsiyyət vəsiqəsi ilə yaxınlaşmaqları xahiş olunur.


©️ 2022

070 231 45 70

[email protected]