Satışa nəzarət et, maaş al – “Badamlı” şirkətində vakansiya

Vakansiya – Merçendayzer
İş barədə məlumat:
-Gündəlik təyin olunmuş rut üzrə satış nöqtələrinin ziyarət olunması
-Şirkət məhsullarının satış nöqtələrində vitrin, rəf və soyuducularda merçendayzinq standartlarına, planoqrama uyğun sərgilənməsi
-Şirkətə məxsus soyuducuların planoqrama uyğun yığılması
-Satış nöqtələrində şirkət məhsullarının depoda kifayət qədər olmasına nəzarət, boş virtinlərin doldurulmasının təmini və depoda məhsulların olmadığı və/ və ya kifayət qədər olmadığı halda bilavasitə rəhbərin bu haqda xəbərdar edilməsi
-Sərgiləmə zamanı vitrinlərin və məhsulların səliqəyə saxlanılması
-Rəf faizlərinin nəzarətdə saxlanılması, problem olarsa, bilavasitə rəhbərin xəbərdar edilməsi
-Məhsulların istifadə müddətlərinin standartlara uyğun nəzarətdə saxlanılması, rəflərdən çıxarılması və müvafiq məlumatın ərazi üzrə satış nümayəndəsinə vaxtında verilməsi
-Səbət və teşirlərin qurulması, promo məhsulların, qiymət kartlarının və s. yerləşdirilməsi
-Gündəlik müəyyən olunmuş qaydada, çek list üzrə gördüyü işlər haqqında hesabatların təqdim edilməsi
-Satış nöqtələrində şirkətin fəaliyyətinə mane olan problemlər aşarkalanarsa, bu haqda bilavasitə rəhbərin vaxtında xəbərdar edilməsi
-Şirkətin daxili nizam-intizam qaydalarına riayət
-Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrası
-İş qrafiki: həftənin 1-6 günləri
-Əmək haqqı: 550 AZN
-Rabitə xərcləri şirkət tərəfindən ödəniləcək
Namizədə tələblər:
-Minimum orta təhsil
-Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır
-Yaş həddi: 20-35
-Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti
-Effektiv ünsiyyət qabiliyyəti, fikrini aydın izah edə bilmə
-Kreativlik, komandada və operativ işləmə bacarıqları
-İcraçılıq, məhsuliyyət və öyrənmə istəyi vacibdir
Tələblərə uyğun namizədlərdən CV-lərini “Merçendayzer” başlığı altında [email protected] e-ünvanına göndərmələri xahiş olunur.