“Satış Təmsilçisi” tələb olunur
Bestcomp Group Bestel S.Vurğun filialı üzrə “Satış Təmsilçisi” axtarışındadır.
Tələblər aşağıda qeyd edilmişdir. Uyğun namizədlər CV-ləri “Satış Təmsilçisi” başlığı ilə [email protected] ünvanına yönəldə bilərlər.
Vəzifə öhdəlikləri:
-Müştəriləri satış mərkəzində qarşılamaq;
-Müştərinin ehtiyaclarını dəqiq müəyyən etmək və ən yaxşı variantı təklif etmək;
-Korporativ mədəniyyətin tələblərinə əməl etmək;
-Şirkəti yüksək səviyyədə təmsil etmək;
-Müştəriləri Şirkətin mal və xidmətləri ilə tanış etmək;
-Müştərilərə Şirkətin məhsulları ilə bağlı təkliflər vermək;
-Satış etmək;
-“Müştəri hər zaman haqlıdır” devizi əsasında müştəri xidmətinin keyfiyyət standartlarına riayət etmək;
-Şirkətin imicinə və işgüzar nüfuzuna xələl gətirə biləcək halların və hərəkətlərin qarşısını almaq;
-İşçilər üçün təşkil olunan təlimlərdə iştirak etmək;
-Hər zaman səliqəli geyinmək və iş yerini səliqəli saxlamaq;
Davranış bacarıqları:
-Vaxtın idarə edilməsi
-Komandada çalışma bacarığı
-Ünsiyyətcillik, çeviklik
-Müsbət münasibət;
-Güclü İş Etikası;
-Danışıqlar aparmaq bacarığı;
-Konfliktləri həll etmə bacarığı;
Xüsusi tələblər:
-Təhsil: Tam orta təhsil kifayətdir
-Təcrübə: Min 2 il satış təmsilçisi kimi iş təcrübəsi (İT məhsullarının satışı sahəsində)
-Komputer bacarıqları: Excel, Word, Outlook
-Dil bilikləri: Azərbaycan-dili əla, Rus-dili yaxşı səviyyədə, ingilis-dili arzuolunandır.
Vakansiyalar
-
1 gün, 6 saat, 35 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 gün, 7 saat, 9 dəq
- 2 gün, 1 saat, 15 dəq
- 2 gün, 20 saat, 29 dəq
- 3 gün, 12 saat, 14 dəq