Satıcı axtarılır (Qadın)

İşəgötürən – Azprotein Foods Group
Namizədə Tələblər:
Yaş həddi: 25 – 40 yaş
Təcrübə: 3-5 il,
Cins: Qadın
İşində ciddi və məsuliyyətli olmalı,
Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.
Vəzifə öhdəlikləri:
Mağazaya məhsulların sifarişi və malların qəbulu
Kassa ilə bağlı əməliyyatları vaxtında və düzgün icra etmək
Satışdan əldə edilən vəsaitləri gündəlik təhvil-təslim etmək
Mühasibatlıqla gündəlik üzləşmə etmək
Mağazada yüksək keyfiyyətli müştəri xidmətini həyata keçirmək
Məhsullar haqqında müştəriyə məlumat vermək
Müştərinin məhsul seçimi üçün optimal şərait yaratmaq
Öz işi üzrə hesabatlılıq aparmaq, rəhbərliyə təqdim etmək
Əmək haqqı: 400 – 450 manat.
İş qrafiki: 6 günlük
Nahar şirkət tərəfindən təmin olunur. Koroğlu metrosundan servis fəaliyyət göstərir (müəssisə Buzovnada yerləşir).
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 2 gün, 7 saat, 16 dəq
- 2 gün, 7 saat, 19 dəq
- 3 gün, 34 dəq
- 3 gün, 1 saat, 16 dəq
- 3 gün, 1 saat, 18 dəq