“Saloğlu”da vakansiyalar – Mühasib, dizayner, satıcı, xadimə, sürücü….

“Saloğlu” Fərdi Firması aşağıdakı qeyd olunan vəzifələr üzrə vakansiyalar elan edib.
1. Vakansiya – Xadimə – 2 nəfər
İş rejimi: 6 günlük (Yasamal və Babək filialı)
Əmək haqqı: 400-500 AZN
CV formanızı [email protected] mail ünvanına vakansiyanın adını başlıqda qeyd etməklə göndərməyiniz xahiş olunur.
2. Vakansiya – Sürücü – 1 nəfər
İş rejimi: 6 günlük (Nərimanov, baş ofis)
Əmək haqqı: 600 AZN
CV formanızı [email protected] mail ünvanına vakansiyanın adını başlıqda qeyd etməklə göndərməyiniz xahiş olunur.
3. Vakansiya – Uçotçu (mühasib) – 1 nəfər
İş rejimi: 6 günlük (Nərimanov, baş ofis)
Əmək haqqı: 500-700 AZN (1C proqramında işləyə bilmək zəruridir.)
CV formanızı [email protected] mail ünvanına vakansiyanın adını başlıqda qeyd etməklə göndərməyiniz xahiş olunur.
4. Vakansiya – Satış təmsilçisi – 5 nəfər
İş rejimi: 6 günlük (Yasamal və Babək filialı)
Əmək haqqı: 600-2000 AZN (rus dili biliyi zəruridir.)
İş barədə məlumat:
– Müştəriləri mağazada qarşılamaq, onların tələbatlarına uyğun olaraq ətraflı və dolğun məlumat vermək və seçimlərində köməklik göstərmək;
– Qüvvədə olan kampaniyaların şərtlərini mağaza heyətinə düzgün formada çatdırmaq və icrasını düzgün formada təmin etmək;
– Alıcılara qiymətlər və kredit/taksit əməliyyatları haqqında ətraflı məlumat vermək;
– Satış zamanı sifariş formunu düzgün şəkildə tərtib və mövcud proqrama düzgün formada daxil edilməsinə nəzarət;
– Mağaza standartlarının və reqlamentlərinin təmin edilməsinə, həmçinin qorunmasına nəzarət etmək;
– Satışında yaranmış problemləri operativ həll etmək, həll edə bilmədiyi problem barəsində rəhbərinə dərhal məlumat vermək;
– Mağazada nümayiş olunan məhsullarının səliqəliliyinə, tamlığına nəzarət etmək;
– 6 günlük iş rejimi, həftə içi 1 gün istirahət günü.
– Əmək haqqı + % + bonuslar
Namizədə tələblər:
– Yaş həddi 20-35;
– Azərbaycan və rus dili bilikləri mütləqdir, ingilis dili arzuolunandır;
– Mebel satışı sahəsində təcrübəsi arzuolunandır;
– Aktiv, inandırma və təqdim etmə qabiliyyəti olmalı;
– Komandada işləmək bacarığı;
CV-nizi 22 oktyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
5. Vakansiya – Servis rəhbəri – 1 nəfər
İş rejimi: 6 günlük (Nərimanov, baş ofis)
Əmək haqqı: 800-1200 AZN (mebel sahəsində təcrübə zəruridir.)
İş barədə məlumat:
– 6 günlük iş qrafiki;
– Mebellərin xidmət müddəti, maksimum təmir müddətləri və satışdan sonrakı montaj, texniki xidmət və təmir xidmətləri ilə bağlı prosedur və prinsipləri tənzimləmək;
– Mütəmadi olaraq Müştəri ünvanlarında müxtəlif xarakterli servis xidmətlərinin yerinə yetirilməsini təşkil etmək;
– Günlük qrafikə uyğun əvvəlcədən təyin edilmiş iş prinsipi;
– Gün sonu görülmüş işlərlə bağlı maliyyə və texniki hesabatları təqdim etmək.
Namizədə tələblər:
– Bəy Namizədlər;
– Azərbaycan və Rus dillərini sərbəst bilmək;
– Mebel sahəsindən məlumatlı olmaq;
– Şəhərdaxili və şəhərətrafı ünvanlar, ərazilərlə bağlı məlumatlı olmaq;
– Mebellərin düzəldilməsi, quraşdırılması və təmiri sahəsində təcrübəli olmaq.
CV-nin mövzu hissəsində “Servis rəhbəri” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
6. Vakansiya – Marketinq üzrə mütəxəssis – 1 nəfər
İş rejimi: 6 günlük
Əmək haqqı: 800-1200 AZN
Namizədə tələblər:
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
Problem həll etmə bacarığı;
Analitik və kreativ düşünmə tərzi;
Təqdim etmə bacarığı;
Ünsiyyət qurmaq və danışıqlar aparmaq.
İş barədə məlumat
İş qafiki: Həftənin 6 günü, 1 gün istirahət;
Əmək haqqı 800-1200.
Vəzifə öhdəlikləri
Şirkətin tanıdılması istiqamətində fəaliyyət planını hazırlamaq;
Şirkətin rəqəmsal marketinq yönümlü işlərin görülməsi;
Rəqəmsal marketinq sahəsində yeniliklər araşdırıb tətbiq etmək bacarığı;
Marketinq xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil edib həyata keçirmək;
Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
WEB-sayt üzərindən daim yeniliklərin işlənilməsi;
Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsi;
Sosial şəbəkələrin idarə edilməsi.
CV-nizin mövzu hissəsində “Marketinq üzrə mütəxəssisi” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
7. Vakansiya – İnteryer dizayner – 1 nəfər
İş rejimi: 6 günlük
Əmək haqqı: 800-1200 AZN
Namizədə dair tələblər:
– Təhsil: Ali
– Kompüter bilikləri: Autocad, 3Ds Max, V-Ray (Sketcup, Blender və s. kimi başqa 3d proqramları arzuolunandır), Photoshop və s.;
– Solidworks proqramlarını əla səviyyədə bilməli ,digər kömpüter bilikləri əlavə üstünlük hesab olunur;
– Dil bilikləri: Azərbaycan dili; digər dil bilikləri əlavə üstünlük hesab olunur;
– İş təcrübəsi: Mebel və ya tikinti istehsalı sahəsində 2-3 ildən az olmayaraq iş stajı;
– Analitik düşüncə qabiliyyəti;
– Punktual və ünsiyyətcil olması;
-Stressə davamlılıq, komanda şəklində çalışma bacarığı və təşəbbüskarlıq;
– Yeniliklərə açıq və məsuliyyətli olmalı.
Vəzifə öhdəlikləri:
-Satışda olan mebellərin (yumşaq və panel) 3D modellənməsi, interyer üzərində render alınması;
– Mebel istehsalı üçün eskiz layihələrin Autocad proqramında hazırlanması;
-Ölçülərin düzgün qeyd edilməsi və mebel ustasına eskiz layihənin təqdim edilməsi;
-Müştəri tərəfindən seçilən model və nümunələrə əsasən eskiz layihələrin 3d görüntüsünün tərtib edilməsi;
– Müştəri ilə bağlanan müqavilənin ilk günündən işin təhvil verilməsi prosesinə qədər icraya nəzarətin edilməsi.
Bilik və bacarıqlar:
-Müasir üslub istiqamətlərini bilməsi;
-Mebel istehsalının texniki tələblərini və normativlərini bilməsi;
-Yumşaq mebel modelləməyi bacarmalı;
-Konstruksiya ilə işləmə qabiliyyəti;
-Optimal dizayn qərarlarını vermə qabiliyyəti;
– Müştəri ilə işləmə qabiliyyəti.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu (subject) hissəsinə “Dizayner” adını qeyd edərək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 11 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 42 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 40 dəq
- 2 ay, 5 gün, 4 saat, 30 dəq
- 2 ay, 5 gün, 4 saat, 33 dəq