Sağlam Ailə “Data analitik” axtarır

Sağlam Ailə tibb mərkəzi “Data analitik” vakansiyası elan edir.
Namizədə olan tələblər:
-Ali təhsil (kompüter elmləri, kompüter mühəndisliyi və riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
– İş təcrübəsi 2 ildən artıq;
– Power Bİ işləmə bacarığı;
– Məlumat bazalarının performansının tənzimlənməsi və monitorinq sistemləri üzrə biliklər;
– Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi, statistik biliklər;
– Nəticə yönümlülük, komandada işləmək bacarığı;
– Sahə üzrə beynəlxalq sertifikat üstünlükdür.
Vəzifə və öhdəliklər:
– Tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
– Analitik modelləri inkişaf etdirmək və yeni həll yolları təklif etmək;
– Müvafiq məhsullar üzrə data analitikasının aparılması ilə beynəlxalq praktikanı araşdırmaq və bununla bağlı təkliflər vermək;
– Sorğuların analizi və problemlər üzrə həll olunan məlumat bazalarını hazırlamaq, uyğun metodologiyanı seçmək və düzgün istifadə etmək;
– Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işləmək;
-Məlumat bazalarının işinin təşkili, dəyişiklikləri və dayanıqlılığı təmin etmək;
– Məlumatları vizuallaşdırmaq və vizual dizayn seçimlərini müəyyənləşdirmək;
-Tətbiq olunmuş modelləri izləmək və optimallaşdırmaq;
– Statistik üsullardan istifadə edərək məlumatları təhlil etmək və hesabatlar hazırlamaq.
Əlavə:
– İş rejimi: 6 gün, 1 gün istirahət
– Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
– Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Data analitik” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Vakansiyalar
- 1 ay, 3 həftə, 2 gün, 8 saat, 26 dəq
-
2 ay, 4 gün, 3 saat, 57 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 həftə, 1 gün, 11 saat, 55 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 45 dəq
- 2 ay, 1 həftə, 5 gün, 11 saat, 48 dəq