Rifah Group qrafik dizayner axtarır

Dizayner


İşəgötürən: Rifah Group

Vakansiya: Qrafik dizayner

Son tarix: 14 may 2022

Vakansiya barədə: Qrafik dizayner müəssisənin imici, məhsul və xidmətləri ilə bağlı istehlakçıları ilhamlandıran, məlumatlandıran və cəlb edən ideyaları çatdırmaq üçün kompüter proqramından və ya əl ilə vizual konsepsiyalar yaradır. 

Vəzifə öhdəlikləri:

-Şirkətin məhsullarının tanıtımı məqsədi ilə məlumatlandırıcı materialları və bütün növ çap reklam vasitələrini dizayn etmək, məhsullar üçün logo, korporativ üslub, çap məhsulları hazırlanmaq

-Təqdimatları hazırlanmaq və dizayn etmək, sosial media web səhifəsi kontenti üçün post şəkilləri dizayn etmək

-Şirkət məhsulları üçün mürəkkəb qrafiklər, animasiya məzmunları hazırlanmaq

-Sosial media paylaşımlarını və digər məzmunlarını hərəkətli vizuala salmaq, 3D animasiyaları hazırlanmaq

-Marketinq məqsədləri üçün yaxşı qurulmuş infoqrafika yaratmaq

-Rəqəmsal layihələri həyata keçirilmək 

-Tapşırıqların vaxtında və texniki şərtlərə uyğun yerinə yetirilməsini təmin etmək 

-Layihə meneceri ilə sıx əməkdaşlıq etmək

Namizədə tələblər:

-Ali təhsil (dizayn, incəsənət sahəsi üzrə təhsilin olması arzu olunandır)

-Müvafiq sahə üzrə üç və ya daha çox iş təcrübəsi 

-Video-animasiya işlərini, motion design bacarması üstünlükdür

-Üç ilədək dizayner və/və ya kreativ agentlik təcrübəsi olanlara üstünlük verilir

-Xüsusilə dizayn və foto redaktə proqramı ilə yüksək İT bacarıqlarına sahib olmaq. Belə ki, güclü 3D animasiya, reklam və rəqəmsal marketinq biliklərinə sahib olmaq, Adobe Indesign, Adobe Photoshop, Adobe Illustrator, Corel Draw, Adobe Premiere, Adobe After Effects proqramlarında təcrübəli olmaq

-Güclü eskiz, yaradıcılıq və yenilikçilik bacarığı

-Təşəbbüskarlıq

-Vaxtın əla idarəolunması və təşkilatçılıq bacarığı

-Dəqiqlik və detallara diqqətli olmaq

-Punktual olmaq 

-Azərbaycan dili səlis (rus və ingilis dili bilməsi arzuolunandır)

-Komandada işləmək bacarığı

-Namizəd ilə görüş zamanı portfoliosuna baxılacaqdır

Əmək haqqı: Razılaşma yolu ilə

İş yeri: Bakı şəhəri

İşin əhatə dairəsi: Ölkə ərazisisi üzrə

İş qrafiki: 09:30-17:30 (bazar ertəsi – cümə), şənbə günü 10:00-16:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Qrafik dizayner” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]