Qapı-pəncərə və aksesuar istehsalı zavoduna işçilər lazımdır

“VELİEV” MMC aşağıda qeyd olunan vəzifələr üzrə vakansiya elan edib.
-İşəgötürən: “VELİEV MMC”
-Vakansiya: Elektrik, Mexanik, Tornaçı-frezerçi, Tədqiqat və inkişaf bölmə rəisi
– Maaş : Müsahibə əsasında
– Şəhər – Sumqayıt
-Yaş- 25 – 45 yaş
-Təhsil – Natamam ali təhsil (bakalavr)
-İş təcrübəsi- 2 ildən 3 ilə qədər
-Elanın bitmə tarixi- Avqust 31, 2022
-E-mail- [email protected]
1. Vakansiya – Elektrik
Vəzifə və Öhdəlikləri:
-Istehsal qurğularının mövcud proqram təminatlarında texniki sorğular üzrə tələblərin icrası və proseslərin optimallaşdırılması;
-Proqram təminatının yenilənməsi;
-Dəzgahların və elektrik avadanlıqlarının yoxlanılması, təmiri, yığılması, quraşdırılması;
-Sazlama və işə salma işlərinin aparılması və elektrik avadanlıqlarının təmir edilməsi;
-Xidmət olunan avadanlığın elektrik göstəricilərinin yoxlanılması və ölçülməsi;
Tələblər:
-Müvafiq sahə üzrə Ali təhsil;
-Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
-Proqramlaşdırma və elektronikanın əsaslarını bilmək;
-İşinə məsuliyyətli, intizamlı olmaq;
-Komanda ilə işləmə bacarığı;
-Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində “Elektrik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
2. Vakansiya – Mexanik
Vəzifə və Öhdəlikləri:
-Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin etmək.
-Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini görmək.
-İstehsalatın texniki hazırlığını təmin etmək.
-Avadanlıqların təmiri, təmir-istismar ehtiyaclarına material sərfi üzrə sənədlərin işlənib-hazırlanmasına, təmirin keçirilməsinə, smeta xərclərinin hesablanması, ehtiyat hissələrinin və materialların alınması üçün ərizələrin tərtib edilməsi.
-Təmirarası xidməti, təmirin vaxtında və keyfiyyətlə keçirilməsini, avadanlığın modernləşdirilməsi, bina və qurğuların vəziyyətinə texniki nəzarəti təşkil etmək.
-Köhnəlmiş avadanlıqlar, obyektləri müəyyən edib və onların təmirini növbələşdirmək.
-Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi.
-Avadanlıqların işini yaxşılaşdıran səmərələşdirici təkliflər hazırlanamaq və tətbiq etmək.
Tələblər:
-Ali texniki vəya mühəndis-texniki təhsil
-Müvafiq sahə üzrə 3 ildən çox iş təcrübəsi;
-Avadanlıqların istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini, onların istismar qaydalarını; montaj və təmir metodlarını;
-İşinə məsuliyyətli, intizamlı olmaq;
-Komanda ilə işləmə bacarığı;
-Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində “Mexanik” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
3.Vakansiya – Tornaçı-frezerçi
Vəzifə və Öhdəlikləri:
-İcra ediləcək əməliyyatın xüsusiyyətlərini müəyyən etmək üçün texniki təsvirləri və ya iş təlimatlarını araşdırmaq,
-Torna və freze əməliyyatını yerinə yetirmək,
-Hazır məhsulun göndərilməyə hazırlanması,
-Dəzgahı kalibrləmək,
-Əl alətləri və qaldırıcı qurğulardan istifadə etməklə emal ediləcək materialların dəzgaha yerləşdirilməsi və dəzgaha bərkidilməsi,
-Kəsici alətlərin və iş materiallarının bir-birinə uyğun yerləşdirilməsi,
-Metal xüsusiyyətlərinə görə kəsmə sürətinin, hərəkət dərəcəsinin və kəsmə dərinliyinin seçilməsi,
-Dəzgah hissələrində aşınma və nasazlıqların aradan qaldırılması,
-Ehtiyatlara nəzarəti həyata keçirmək və material təchizatını təmin etmək,
-İş yerində sağlamlıq və təhlükəsizlik standartlarına uyğun olaraq işləri yerinə yetirmək.
Tələblər:
-Müvafiq sahə üzrə orta ixtisas təhsili (Ali təhsil üstünlükdür)
-Müvafiq sahə üzrə 2 ildən çox iş təcrübəsi;
-CNC dəzgahlarının işləmə prinsipini bilmək;
-Texniki rəsimləri (çertyojları) düzgün oxuma və anlama;
-İşinə məsuliyyətli, intizamlı olmaq;
-Komanda ilə işləmə bacarığı;
-Sumqayıt şəhərində yaşayanlara üstünlük veriləcək;
-Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük iş həftəsi
-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində “Tornaçı-frezerçi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
4. Vakansiya – Tədqiqat və inkişaf bölmə rəisi
Vəzifə və Öhdəlikləri:
-Plastik qapı-pəncərə və aksesuar istehsalı zavoduna bazara uyğun yeni məhsulları üçün sxemlər və dizayn planları tərtib etmək;
-İstehsal olunan məhsulun xərclərinin yaxşılaşdırılması və həyat dövrünün uzadılması üçün tədbirlər görmək;
-Müştərilərin şikayət və təklifləri əsasında istehsal olunan məhsulların tədqiqatı və təkmilləşdirilməsi prosesini həyata keçirmək;
-Bazar araşdırması və trend analizinin aparılması;
-Yeni dizayn və məhsul proseslərinin bütün mərhələlərinin idarə edilməsi,
Tələblər:
-Mühəndis ixtisası üzrə ali təhsil
-Müvafiq sahədə 3 il iş təcrübəsi
-MS Office
-Cad proqramları
-Azərbaycan dilini səlis bilməsi mütləqdir. İngilis və rus dili üstünlükdür
-Araşdırma bacarığı
-Təqdimat bacarığı
-Komanda ilə işləmə bacarığı
-Əmək şəraiti:
-İş yeri: Sumqayıt şəhəri
-İş rejimi: 6 günlük
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 Avqust tarixinədək emailin mövzu hissəsində ” Tədqiqat və inkişaf bölmə rəisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 1 gün, 22 saat, 27 dəq
- 1 gün, 22 saat, 29 dəq
- 1 gün, 22 saat, 31 dəq
- 1 gün, 22 saat, 34 dəq
- 1 gün, 22 saat, 38 dəq