Para BOKT filial meneceri axtarır (Bakı)

İşəgötürən: Para BOKT
Vakansiya: Filial meneceri (Bakı)
Son tarix: 05 iyun 2022
Əsas vəzifələr:
-Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
-Yeni kredit və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
-Kreditlərin verilməsi və təsnifləşdirilməsi üzrə müvafiq normativlər və qaydalar üzrə kreditlərin komitəyə çıxarılması;
-Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
-Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
-Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
-Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
-Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
Namizədə olan tələblər:
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Ali təhsil
-Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
-Yaş həddi 25-39 (yalnız bəy namizədlər)
-Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
İş qrafiki:
Bazar ertəsi – Cümə: 09:00 – 18:00
Ə/h: 1000 AZN + bonus
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Filial meneceri” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Vakansiyalar
- 12 saat, 53 dəq
- 1 gün, 13 saat, 48 dəq
- 1 gün, 14 saat, 2 dəq
- 2 gün, 8 saat, 25 dəq
- 2 gün, 8 saat, 30 dəq