MKT İstehsalat Kommersiya MMC sürücü axtarır
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Sürücü
Son tarix: 02 iyun 2023
Təsvir:
-Rəhbərliyin göstərişi ilə avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməklə göstərilən tarixlərdə və istiqamətlərə sürmək;
-Cəmiyyətə aid avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək;
-Aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
-Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
-Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
-Cəmiyyətin balansında olan və ona həvalə edilən avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etmək;
-Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq; avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
Tələblər:
-Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir;
-Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını müəyyən etməlidir;
-Fiziki cəhətdən sağlam olmalı.
Vakansiyaya müraciət üçün https://hr.mktcotton.com/url/lh5zk6yl bu linkə müraciət edə və ya [email protected] email adresindən istifadə edə bilərlər.
Vakansiyalar
-
2 gün, 6 saat, 29 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 5 saat, 21 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 5 saat, 55 dəq
- 5 gün, 1 dəq
- 5 gün, 19 saat, 15 dəq