MKT İstehsalat Kommersiya MMC sürücü axtarır
İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Sürücü
Son tarix: 21 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Rəhbərliyin göstərişi ilə avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirməklə göstərilən tarixlərdə və istiqamətlərə sürmək;
-Cəmiyyətə aid avtonəqliyyat vasitələrinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək; həmçinin avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
-Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
-Cəmiyyətin balansında olan və ona həvalə edilən avtonəqliyyat vasitələri üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatları tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq; avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
Tələblər:
-Xidmət edilən avtomobillərin təyinatı, quruluşu və işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını bilməlidir;
-Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını müəyyən etməlidir;
-Fiziki cəhətdən sağlam olmalı.
Səriştələr:
-Məsuliyyətli
-Etibarlı
-Dürüst
-Ünsiyyətcil
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
19 saat, 58 dəq
Discovering the Globe of VIP Online Casinos: An Exclusive Experience
-
20 saat, 54 dəq
Erkunden der Welt neuer Online-Glücksspielunternehmen: Ein umfassender Leitfaden
- 2 gün, 17 saat, 36 dəq
- 2 gün, 17 saat, 39 dəq
- 2 gün, 18 saat, 15 dəq