MKT İstehsalat Kommersiya MMC qrafik dizayner axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Qrafik dizayner
Son tarix: 22 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Marketinq şöbəsinin hər kommunikasiya fəaliyyəti üçün vizual konsepsiyanın yaradılması və proseslərin yerinə yetirilməsi;
-Şirkətin brend təlimatları çərçivəsində yüksək vizual təsirli materialların istehsalı və çatdırılması üçün tələb olunan bütün dizayn mənbələrinin, iş həcminin müəyyən edilməsi və dəstək;
-Brendin idarə edilməsində və konsepsiyanın hazırlanmasından başlayaraq layihənin firma və lisenziyalı məhsullarının və kampaniyalarının reallaşdırılmasına qədər kreativ inkişafında şöbənin rəhbərinə dəstək;
-Layihə tapşırıqlarının istehsalında Marketinq şöbənin rəhbərinə dəstək;
-Gündəlik dizayn işləri ilə bağlı öhdəliklərin yerinə yetirilməsi
-Şirkətin fəaliyyəti ilə bağlı dizayn işlərinin görülməsi; brand book, jurnal, korporativ və promo məhsulların, buklet, flayerlərin, kataloqların və vizitkartların dizaynı
-Video çarxların təqdimatı və əlavə video/foto məzmunun təqdimatı üçün əsas vizual təsvirlərin, animasiya qrafiklərinin yaradılması;
-SMM postları üçün qrafik və motion dizaynların hazırlanması
-Dizayn üçün lazım olan foto və video kontentin toplanması
-Proqram təminatı məhsullarının UI/UX interfeyslərinin mövcüd dizaynlarının inkişaf etdirilməsi
-Dizaynlardakı problemlərin və defektlərin aşkarlanması və aradan qaldırılması
-Mobil tətbiqetmələrin, saytların və web interfeyslərin layihə və dizaynının hazırlanmasında “reviewer” olaraq iştirak edilməsi və dizayn yığıldıqdan sonra, onun yoxlanılması
Tələblər:
-Təhsil: Ali
-Təcrübə: 1 il
-Sertifikatlar: Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə təlimlərə aid sertifikatlar arzu olunandır
-Dil bilikləri: Azərbaycan – Səlis ünsiyyət bacarığı;
-Texniki biliklər:
-Ali təhsil (marketinq, kommersiya, iqtisadiyyat üzrə);
-MS Office proqramları.
-Çap və web ( social media paylaşımları) materialları hazırlama bacarığı
-Photoshop, Illustrator, After Effects, Adobe İndesign, Corel Draw ( Başlanğıc biliklə), Figma üzrə işləmə bacarğı
Səriştə və bacarıqlar:
-Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
-Sərbəst araşdırmalar etməyi bacarmalı.
-Analitik və kreativ zəka, insanlarla işləmək qabiliyyəti;
-Ünsiyyətcil,məsuliyyətli,təşəbbüskar;
-Photoshop, Illustrator, After Effects proqramlarında işləmək bacarığı
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkələrə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
16 saat, 10 dəq
Apteklər şəbəkəsinə “Müştəri xidmətləri üzrə operator” tələb olunur (Gəncə)
-
16 saat, 22 dəq
“Nəqliyyat vasitələrinin izlənməsi üzrə mütəxəssis” tələb olunur
- 16 saat, 58 dəq
- 18 saat, 9 dəq
- 1 gün, 9 saat, 24 dəq