MKT İstehsalat Kommersiya MMC işə qəbul üzrə menecer axtarır

Menecer

mktistehsalat pambiq


İşəgötürən: MKT İstehsalat Kommersiya MMC

Vakansiya: İşə qəbul üzrə menecer

Son tarix: 21 iyul 2022

Vəzifə öhdəlikləri:

-Yeni və təkmilləşdirilmiş işə qəbul strategiyaları hazırlamaq;

-Mövcud işəqəbul prosedurlarını nəzərdən keçirmək və ehtiyac olarsa yenilərini müəyyənləşdirmək;

-İşə qəbul prosedurları zamanı yaranan problemləri müəyyən etmək və həll etmək üçün işə qəbul ölçü matrislərindən istifadə etmək;

-İşə qəbul komandasının performansını dəyərləndirmək;

-Gələcəkdə yarana biləcək işə qəbul ehtiyaclarını planlaşdırmaq üçün şöbə rəhbərləri ilə sıx əlaqədə olmaq;

-Karyera sərgilərində və əmək yarmarkalarında iştirak etmək;

-Dövri işçi ehtiyacını müəyyən etmək, planlamasını aparmaq;

-Namizəd hovuzunu yenilənməsini və davamlılığını təmin etmək;

-İşə qəbul bölməsinin fəaliyyətini tənzimləmək, idarə etmək.

Tələblər:

-İşə qəbul sahəsində minimum 5 il menecer olaraq iş təcrübəsi tələb olunur;

-Azərbaycan dili, İngilis və rus dillərini əla səviyyədə bilməli;

-İnsanlarla bütün səviyyələrdə işləmək imkanı verən şəxsiyyətlərarası əlaqə bacarığı;

-Güclü kommunikasiya bacarıqları;

-Problemlərin həll edilməsi və danışıqların aparılması bacarığı;

-Təşəbbüskar və yeni ideyalar təklif etmə bacarığı;

-Qoyulmuş tarixlərə və hədəflərə çatmaq üçün təşkilati və planlaşdırma bacarıqları.;

-AR qanunvericiliyi biliyi;

-Mütəmadi ölkədaxili ezamiyyət etmək imkanı;

Səriştələr:

-Məsuliyyətli

-Şəxsi inkişafa meylli

-Pozitiv

-Özünütəşkiletmə qabiliyyəti

-Nailiyyət yönümlülük

-Etibarlılıq

-Dürüstlük

Əlavə məlumat:

-Əmək haqqı razılaşma əsasında; 

-İş qrafiki: Bazar ertəsi-Cümə (09:30-18:30);

-İş yeri: Baki şəhəri, Qafqaz Business Center;

-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]