MKT İstehsalat Kommersiya MMC elektrikçi axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Elektrik
Son tarix: 27 may 2022
Vəzifə öhdəlikləri:
-Müəssisənin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün olaraq bütün enerji təsərrüfatını yoxlayır və gündəlik olaraq baş energetikə məruzə edir;
-Elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarını və təmirini təşkil edir;
-Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi üçün sifarişləri vaxtında baş energetikə məlumat verir;
-Enerji qurğularının davamlı və təhlükəsiz işinə nəzarət edir;
-Elektrik keçiricilərinin üstü açıq olmamasına nəzarət edir, qısaqapanmanın yaranmaması üçün lazımi addımları atır;
-Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarını, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasını təmin edir;
-Elektrik cihazlarının təmiri və yoxlanılmasını icra edir;
-Elektrik avadanlıqlarını, həmçinin elektrik enerjisinin sərfini təhlil edir, qəzalar və onların səbəblərini haqqında baş energetikə məlumat verir;
-Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərini icra edir;
-Profilaktik təmirlərin, texniki yoxlamanı yerinə yetirilməsini icra edir;
-Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrasını yerinə yetirir.
Tələblər:
-Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
-Müvafiq sahə üzrə 1-3 il təcrübə
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Pozitiv
-Özünütəşkiletmə qabiliyyəti
-Nailiyyət yönümlü
-Etibarlı
-Dürüst
Əlavə məlumat:
-Əmək haqqı 650 AZN (gross);
-İş qrafiki: Növbəli iş rejimi;
-İş yeri: MKT İK MMC, Bakı Tekstil İdarəsi;
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 gün, 1 saat, 58 dəq
- 2 gün, 2 saat
- 2 gün, 2 saat, 2 dəq
- 2 gün, 2 saat, 5 dəq
- 2 gün, 2 saat, 9 dəq