Kredit təşkilatına “SMM meneceri” tələb olunur

Menecer


İşəgötürən – KredAqro BOKT

Vəzifə – SMM meneceri

Əsas vəzifə və öhdəliklər:

-Şirkətin sosial şəbəkə hesablarının idarəedilməsi;

-Günlük və həftəlik kontentin hazırlanıb paylaşılması;

-Şəbəkəyə gündəlik gələn şərhlərə, mesajlara və sorğulara cavab verilməsi;

-Potensial müştərilərə şirkətin məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatların verilməsi;

-Reklam nəticələrinin hesabatının hazırlanması.

Tələb olunan keyfiyyətlər:

-Ali təhsil; 

-Müvafiq vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi;

-Microsoft Office proqramlarında işləmək bacarığı;

-Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

-Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

İş şəraiti:

-İş qrafiki: 08:30 – 17:30 (Bazar ertəsi – Cümə);

-AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;

-Korporativ nömrə ilə təmin edilmə;

-Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.

-Əmək haqqı 500 manat gross və aylıq bonus.

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına [email protected] Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (SMM Menecer) qeyd etməklə göndərmələri xahiş olunur. 

Şirkət haqqında

KredAqro, 2000-ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycanda  Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsi çərçivəsində Azərbaycanın doqquz regionunda sahibkarlara maliyyə xidmətlərinin göstərilməsi üçün yaradılmışdır. Onun əsası,ACDI/VOCA (Kənd Təsərrüfatının Kooperativ İnkişafı) ABŞ-ın qeyri-hökumət beynəlxalq inkişaf təşkilatı və Azərbaycan Kənd Təsərrüfatının Kreditləşdirilməsi Layihəsinin içraçısı tərəfindən qoyulmuşdur. Kredaqro, bu layihə çərçivəsində, ABŞ –dan texniki yardım və 3 milyon dəyərində kredit kapitalı almışdır. 2008 –ci ildə ABŞ –ın Beynəlxalq İnkişaf Agentliyi KredAqro-nun təsisçisi olan  ACDI/VOCA –ya KredAqro-nun tam mülkiyyət hüququnu vermişdir.

Kredit əməliyyatların aparılması üçün KredAqro-ya Azərbaycanın Mərkəzi Bankı tərəfindən müddətsiz Xüsusi icazə (lisenziya) verilmişdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]