Kontakt Home işçilər axtarır

Kontakt Home yeni vakansiyalar tələb edir
1. Vakansiya: Merçendayzer
Son tarix: 18 may 2022
Vəzifə öhdəlikləri:
-Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizlik, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
-Yeni təyin olunan qayda və kampaniyalar haqqında mağaza personalının məlumatlı olub-olmadığını yoxlamaq üçün mağaza personalının sorğu-sual edilməsi;
-Məhsulların düzülüşü haqqında mağaza personalına təlimlərin keçirilməsi.
Tələblər:
-Müvafiq sahə üzrə iş təcrübəsi: 1 ildən;
-Merçendayzinqin əsaslarını üzrə biliklər;
-Digər (məsələn, paltar, ev əşyaları və sair qeyri qida məhsullarının satışı) sahələrdə merçendayzer kimi iş təcrübəsi arzu olunandır;
-Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
-İş ilə bağlı səyahət etmək imkanı.
İş şəraiti:
-İş günləri: I-VI günlər;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
2. Vakansiya: Kreativ direktor
Son tarix: 18 may 2022
Vəzifə öhdəlikləri:
-Kommunikasiya kanalları üzrə reklam maketlərinin, video və audio reklamların kreativ ideyalarının təmin edilməsi;
-Veb, çap və rəqəmsal marketinq məhsullarının istehsalında komanda işlərinə , rəhbərlik edilməsi və işlərin nəzərdən keçirilməsi;
-Qrafik dizaynerlərə, mətn müəlliflərinə, sosial media mütəxəssislərinə, layihə menecerlərinə, fotoqraflar və videoqraflara funksional şəkildə nəzarət edilməsi;
-Qısa və ya uzunmüddətli ehtiyaclara əsaslanan layihələrdə dizaynerlər, mətn müəllifləri və s. ilə əməkdaşlıq edərək istehsal cədvəllərinin qurulması;
-Komanda ilə breyn-storminq sessiyaları keçirilməsi, komandanın yeni və yaradıcı təşəbbüslərinin inkişaf etdirilməsi;
-Komanda tərəfindən hazırlanmış layihə və kompaniyaların nəzərdən keçirilməsi və təsdiqlənməsi, marketinq hədəflərinə və problemlərinə effektiv şəkildə töhfə verilməsi;
-Bazarda yenilikləri izlənilib və işə adaptasiyasının təmin edilməsi;
-Effektivliyin izlənilməsi və rəhbərliyə hesabatların təqdim edilməsi.
Tələblər:
-Ali təhsil;
-Mükəmmək Azərbaycan dili bilikləri, Rus və İngilis dili biliyi üstünlükdür;
-Agentlik və ya korporativ mühitdə minimum 2 il kreativ direktor olaraq iş təcrübəsi;
-Mətn yazarı olaraq 1 ildən artıq iş təcrübəsi;
-Rəqəmsal marketinq, sosial media, mobil telefon və digər bütün marketinq kanallarında məzmun yaratmaq bacarığı;
-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı;
-Analitik bacarıqlar;
-Yaradıcılıq, təşəbbüskarlıq;
-Komandaya rəhbərlik etmək bacarığı.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
-Qeyd: Portfolionun olması mütləqdir.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
3. Vakansiya: İcraçı (Qəbələ, Masallı)
Son tarix: 18 may 2022
Vəzifə öhdəlikləri:
-Borclulara qarşı məhkəmə iddialarının qaldırılmasında və qanunun tələblərinə əsasən borcların alınmasında birbaşa iştirak edilməsi;
-Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi;
-Məhkəmə qərarlarının vaxtında alınması və aidiyyatı üzrə təqdim edilməsi;
-Mübahisə tərəfləri ilə əlaqələrin yaradılması və danışıqların aparılması;
-Müvafiq məlumat bazasının yaradılması;
-Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
-Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
-Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
-Məsuliyyətlilik, aktivlik və çeviklik;
-Məqsədyönlülük, komandada işləmək bacarığı.
İş şəraiti:
-İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qəbələ üzrə – https://qlor.me/l24j5l9y
Masallı üzrə – https://qlor.me/l24j4yvp
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
4. Vakansiya: Marketinq üzrə menecer
Son tarix: 18 may 2022
Vəzifə öhdəlikləri:
-Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
-Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
-Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
-Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
-Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
-Seqment üzrə analizlərin aparılması;
-Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.
Tələblər:
-Ali təhsil;
-Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
-Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
-Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-Analitik düşünmə qabiliyyəti;
-Nəticə yönümlülük.
İş şəraiti:
-İş günləri: I-V günlər;
-İş saatı: 09:00-18:00;
Əmək haqqı: 1500 – 1800 AZN
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya ilə maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçtuna və ya buradan müraciət edə bilərlər.
Vakansiyalar
- 6 saat, 37 dəq
-
14 saat, 17 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 26 dəq
- 14 saat, 27 dəq
- 14 saat, 29 dəq