Kontakt Home aparıcı satınalma mütəxəssisi və kateqoriya meneceri axtarır

Menecer

maliyyə meneceri


İşəgötürən: Kontakt Home

Vakansiya: Aparıcı satınalma mütəxəssisi/Kateqoriya meneceri (HPC istiqaməti)

Son tarix: 28 may 2022

Vəzifə öhdəlikləri:

-Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;

-İstehlakçıların tələblərinə uyğun olaraq daim lazımı məhsul kateqoriyaları ilə şirkətin təmin edilməsi;

-Tabeçiliyində olan məhsul kateqoriyalarının qısamüddətli və uzunmüddətli inkişaf strateqiyalarının hazırlanması və həyata keçirilməsi;

-Təchizatçılar ilə uzunmüddətli əlaqələrin qurulması;

-Müvafiq sifarişlərin verilməsi və məhsul-kateqoriya ehtiyatının (stok) planlanmasının idarə edilməsi;

-Marketinq komandası ilə əməkdaşlığın edilməsi;

-Rəqiblərin fəaliyyətlərinin daim araşdırılması və bu araşdırmaların nəticəsi olaraq yeni rəqabətqabiliyyətli strateqiyaların hazırlanması və tətbiq edilməsi;

-Məhsul kateqoriyaların genişləndirməyin yeni yollarının tapılması;

-Qısamüddətli və uzunmüddətli məhsul satış proqnozlarının və xüsusi hesabat və təhlillərin hazırlanması;

-Büdcənin idarə edilməsi və izlənməsi.

Tələblər:

-Ali təhsil;

-Müvafiq sahə üzrə iş təcrübəsi – 3-5 il (supermarket şəbəkələrində təcrübə arzuolunandır);

-Səlis Azərbaycan, Rus, İngilis dilləri biliyi;

-Kateqoriyaların idarə edilməsi sahəsində təcrübə;

-Marketinq və satış əməliyyatları və prosesləri haqqında dərin biliklər;

-Analitik düşünmə qabiliyyəti;

-Yüksək səviyyədə ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;

-Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;

-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);

-CİPS sertifikatları arzuolunandır.

İş şəraiti:

-İş günləri: I-V günlər;

-İş saatı: 09:00-18:00;

-Rəqabət qabiliyyətli əmək haqqı.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link


©️ 2022

070 231 45 70

[email protected]