HoReCa kanalı üzrə icraçı tələb olunur

Vakansiya – HoReCa kanalı üzrə İcraçı
İş haqqında məlumat:
-HoReCa strategiyasının icra etmək, şirkətin əsas marketing prioritetlərinə və fokuslarına riayət etmək;
-İMS və əhatənin genişlənməsi ilə kanalda artımı təmin etmək;
-HoReCa menecment və heyəti ilə güclü, təsirli əmakdakdaşlıq əlaqələrini qurmaq;
-Planlaşdırılmış əhatəni nəzərə alaraq, marşrutu yaratmaq;
-Brend Marketinq fəaliyyətini və planlarını vaxtında və tam həcmdə dəstəkləməyə yönəlmiş HoReCa aktivləşdirmə proqramlarını həyata keçirmək;
-Müvafiq şərtlərə uyğun olaraq maksimum nəticə əldə etmək üçün HoReCa motivasiya proqramın mexanikasını inkişaf etdirmək;
-Müvafiq görünmə vasitələrini yerləşdirmək və prioritet brendlərin menyuya daxil etmək;
-Tərəfdaşlara verilən cihaz və avadanlıqların düzgün istifadəsini təmin etmək;
-Həftəlik/aylıq performansı analiz etmək, aktivləşdirmə proqramlarını nəzərə alaraq və əsas KPİ göstəricilərini daxil etməklə, həftəlik/aylıq hesabatlarını hazırlamaq (lazım olduqda);
-Layihələri orta və yekun mərhələlərdə effektiv şəkildə izləmək və marağı olan tərəflərə təqdim etmək;
-Tədbirlərin təşkili və plana uyğun icrası üçün tam məsuliyyəti daşımaq;
-Layihədə iştirak edən üçüncü tərəflərin vaxtında məlumatlandırımaq (lazım olduqda);
-Əməliyyatların bütün mərhələlərində (planlaşdırma, həyata keçirmə, daxili monitorinq, hesabat vermə və s.) marketinq şöbəsinin bütün cəlb olunmuş heyəti ilə vaxtında və səmərəli əməkdaşlığı təmin etmək;
-HoReCa kanalının inkişaf tendensiyalarını müəyyən etmək və onu rəqiblərin mövqeləri ilə müqayisə etmək üçün sahə daxilində illik HoReCa siyahıya alma prosesini həyata keçirmək.
Əsas tələblər:
-Kompüter bilikləri: MS Office – Rahat istifadəçi;
-Dil bilikləri: Azərbaycan dili – əla, Rus dili – əla, İngilis dili – başlanğıc səviyyədə;
-Kişi və xanım namizədlər B kategoriyalı sürücülük vəsiqəsinə malik olmalıdırlar. Şəxsi maşının olması üstünlükdür;
-Təcrübə: HoReCa sektorunda minimum 2 illik iş təcrübəsi (əsasən tütün və spirtli içkilər).
Şəxsi keyfiyyət göstəriciləri:
-FMCG şirkətlərində Marketing və Satış prosesləri haqqında anlayışın olması;
-Mükəmməl ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar. Pozitiv və SMART ünsiyyətin qurulması, güvənlik və entuziazm/ idarəetmə bacarıqları. Tərəfdaşlar ilə güclü münasibətlərin qurulması;
-Tərəfdaşlar ilə danışıqların mükəmməl səviyyədə aparılması və uzunmüddətli etibarlı əlaqələrin yaradılması;
-Orta və yüksək mürəkkəblikdə layihələrin idarəəedilməsi və bir çox tapşırıqların eyni anda görülməsində mükəmməl bacarıqlar;
-Yaxşı kommersiya anlayışı və böhran vəziyyətlərdə qətiyyətlə hərəkət etmək bacarığı, stresə davamlı;
-Yaxşı hesabat və təqdimat etmək bacarığı (hazırlamaq və çatdırmaq);
-Birgə nəticələr əldə etmək üçün yüksək motivasiyaya malik yaxşı komanda yoldaşı;
-Sürətlə öyrənən, özünü motivasiya edən, yüksək nəticələrə fokuslanan. Daim inkişaf etməyə çalışan.
Əlavə məlumat:
-Sabit əmək haqqı;
-Korporativ telefon nömrəsi və paketi;
-İş cədvəli: Həftədə 5 gün, aktivasiyaların keçirilməsi dövründə istirahət günləri dəyişdirilə bilər;
-İş saatları: 11:00-20:00 – (1 saat nahar fasiləsi), aktivasiyaların keçirilməsi dövründə dəyişdirilə bilər.
CV-lərin təqdim edilməsi üçün son tarix 03.07.2022 daxil olmaqla.
Bu linkə daxil olub birbaşa müraciət edə bilərsiniz.
Vakansiyalar
- 2 gün, 16 saat, 46 dəq
- 2 gün, 22 saat, 27 dəq
- 2 gün, 22 saat, 31 dəq
- 2 gün, 22 saat, 37 dəq
- 3 gün, 21 saat, 53 dəq