“Tərbiyəçi Ana” tələb olunur

Müəllim


İşəgötürən – SOS Uşaq Kəndləri – Azərbaycan

Vəzifə – Tərbiyəçi Ana

Profi̇li̇ni̇z:

-35-50 yaş arası yaş həddi;

-Orta ixtisas təhsili. Pedaqoji, psixoloji və sosial sahələr üzrə ali təhsilli namizədlərə üstünlük verilir;

-Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi. Dayə, müəllimə, tərbiyəçi və tibb bacısı kimi vəzifələr üzrə təcrübəsi olan namizədlərə üstünlük verilir:

-SOS Uşaq Kəndində uzun müddət (10-12 il) yaşamağa hazır olmaq (ən azından himayəsində olan uşaqlar müstəqil həyat proqramına keçənə qədər);

-Professional təlim prosesi və davamlı inkişaf yolu ilə lazımi bilik və bacarıqlar əldə etməyə hazır olmaq;

-Yüksək kommunikasiya bacarıqları;

-Stressin və konfliktin idarə edilməsi qabiliyyəti;

-Sosial və təşkilati bacarıqlar;

-Komandada işləmək istəyi və bacarığı;

-Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;

-Ölkədəki təhsil və sosial iş/sistem haqqında məlumatlılıq;

-Peşəyönümlü əlavə bacarıqlar (müvaqfiq təlim və seminarlarda iştirak);

Vəzi̇fə və Öhdəli̇klər:

-Uşaq və yeniyetmənin potensial və ehtiyaclarını müəyyən edərək, tam inkişafını təmin etmək;

-Uşaq və yeniyetmənin fiziki və mənəvi rifahını təmin etmək;

-Uşaq və yeniyetmənin Fərdi İnkişaf Planlarının hazırlanması;

-Uşaq və yeniyetmənin təhsilinə dəstək;

-Uşaq və yeniyetmənin asudə vaxtının təşkili;

-Praktik həyati səriştələrin inkişaf etdirilməsi;

-Ailə büdcəsi və resurslarından səmərəli və məsuliyyətli istifadə etmək;

-Himayəsində olan uşaq və yeniyetmələrin bioloji ailələri ilə əlaqələrinin gücləndirilməsinə dəstək göstərmək.

-Uşaq Müdafi̇əsi̇ Üzrə:

-Uşaq Müdafiə Siyasətinə riayət etmək

-Uşaq Kəndi Proqramı layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

İş Şərtləri̇:

-Ərazi – Bakı şəhəri, Sadıqcan küçəsi 27a, (Həzi Aslanov m yaxınlığı);

-Ərazi – Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189, (3 nömrəli xəstəxananın yaxınlığı);

-550.00 AZN (vergilər daxil) əmək haqqı;

-Həftədə 1 gün istirahət;

-42 gün əmək məzuniyyəti;

-Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

Təkli̇fi̇mi̇z:

-“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

-Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 20 Noyabr 2022-ci il tarixədək “Bakı  və ya Gəncə SOS Uşaq Kəndi/Tərbiyəçi Ana” adlı başlıqla e-poçt ünvanına cv@sos-az göndərməyinizi xahiş edirik. 

-Əlaqə nömrəsi: 055 227 47 25

-Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!

Tərbiyəçi ana (SOS ANA) SOS Uşaq Kəndlərinin Ailə Tipli Qayğı layihəsinin/SOS ailəsinin aparıcı qüvvəsi, lideridir. Eyni zamanda o, ailə mühitində uşağa qayğı və təhsil səriştələrinə malik təlim-tərbiyə üzrə uşaq inkişafı mütəxəssisidir. Tərbiyəçi ana təşkilatın baxış, missiya və dəyərləri, həmçinin standartları çərçivəsində, uşaq hüquqlarının qorunmasını təmin edərək bacı və qardaş kimi böyüyən uşaqlarla (maksimum 6-8 uşaq olmaqla) birgə ailə yaradır, onlarla bir yerdə ailə evində yaşayır, uşaqların ehtiyaclarının qarşılanması üçün Uşaq Kəndi Proqramının digər işçiləri ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. O, himayəsindəki hər bir uşağın emosional və mənəvi inkişafını, həmçinin fiziki rifahını təmin edir. SOS ana uşağın sosial bacarıqlarının, intellektual və təhsil səviyyəsinin inkişafına məsuldur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]