“Grand Motors Company”dən yeni məzunlar üçün əla fürsət

Menecer

vakansiya insan


“Grand Motors Company” olaraq yeni məzunlar üçün əla fürsətlə qarşınızdayıq!
“Grand Motors Company” kənd təsərrüfatı və tikinti texnikalarının Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirən aparıcı şirkətlərdən biridir. Şirkətin fəaliyyət istiqamətlərinə ehtiyat hissələrinin təchizatı və satış sonrası xidmət də daxildir.
Hal-hazırda şirkətimizdə “Məhsul Menecerinin Assistenti” vəzifəsi mövcuddur.
Öz kommunikasiya bacarıqlarına güvənən, bizimlə birgə inkişaf etmək istəyən, ingilis dili upper-intermediate və üzəri olan gənclərimizin hər biri müsabiqəmizdə iştirak etməyə dəvətlidir.

Sizinlə birgə hansı işləri həyata keçirəcəyik:
– Tender araşdırmalarında dəstəyin göstərilməsi;
– Xarici istehsalçılar ilə daimi kommunikasiyada olmaq;
– Məhsul üzrə satışın stimullaşdırılması üçün təlimlərdə təşkilatçılıq edilməsi;
– Sifariş blanklarının hazırlanması və müvafiq şəxslərin imzasına təqdim edilməsi.

Biz nə təklif edirik?
– Zəngin təcrübə və gələcək iş həyatında sizə dəyər qatacaq praktiki biliklər;
– Real iş mühitində işləmək imkanı;
– Təlim və inkişaf imkanları;
– Bizimlə birlikdə karyera qurmaq imkanları;
– Əmək haqqı: 500-600 AZN;
– Servis xidməti;
– Nahar şirkət tərəfindən təmin edilir.

Peşəkar karyeranızda ilk addımları bizimlə birgə atmağa tələsin!

Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Vəzifə adını mövzu hissədə qeyd edərək CV-lərinizi elektron poçt ünvanımıza göndərə bilərsiniz: hr-[email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]