“Gemza Group”a sürücü tələb olunur

İşəgötürən – Gemza Group
Vəzifə – Sürücü
İşin təsviri:
-Şirkətə aid nəqliyyat vasitəsinin idarə edilməsi
-Şəhər: Bakı
-Yaş: 40-55 yaş
-Həftəlik iş günləri: 5 gün
-İş günləri: 08.30-17.30 (işə görə dəyişə bilər)
-İş yeri: Bakı, Koroglu metrosu yaxınlığı
-Naharla təminat: Şirkət tərəfindən
-Cins: Kişi
-Təhsil: Ən az tam orta təhsil.
– Böyük şirkətlərdə işləmiş (BP, Sclumberger və s.), təhlükəsiz sürmə, Sətəm qaydaları kimi təlimlərdə iştirak etmiş
-Sosial Paketlər: Könüllü tibbi siğorta, Nəticələrə görə bonus,Mobil danışıq, Nahar və s.
-Dil bilikləri: Rus dili və İngilis dili (üstünlük təşkil edir)
-İş təcrübəsi: 5 ildən çox
-Əmək haqqı: 500-600 AZN
Tələblər:
-Şöbənin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək.
-Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
-Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
-Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
-Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün ehtiyat hissələrinin alınmasına sifarişlər, təmir işləri ilə əlaqədar texniki sənədləri, iş haqqında hesabatlar tərtib etmək; avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək.
-İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək.
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək.
-Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
-Şirkətə gələn qonaqların qarşılanması, yola salınması, sənədlərin çatdırılması, başqa ünvanlardan sənədlərin alınıb şirkətə çatdırılması, müştərilərə məhsulları çatdırılması, təhvil verilməsi proseslərini həyata keçirmək
CV-nizi e-mail adresinə [email protected] vakansiyanın adını qeyd edərək göndərə bilərsiniz.
Elanın bitmə tarixi – 19.11.2022
Vakansiyalar
- 1 gün, 4 saat, 53 dəq
- 1 gün, 4 saat, 55 dəq
- 1 gün, 4 saat, 57 dəq
- 1 gün, 4 saat, 59 dəq
- 1 gün, 5 saat, 1 dəq