Facility Management Group “Elektrikçi” tələb olunur

Elektrik

elektrikci


İşəgötürən – Facility Management Group

Vəzifə – Elektrikçi

Vəzifələr:

-Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması

-Elektrik təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması

-Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi

-Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi

-Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi

-Yeni elektrik qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması

-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi

-Elektrik avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin verilməsi

-Elektrik işlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması

Tələblər:

-Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil

-Elektrik ixtisası təsdiq edən təlim şəhadətnaməsi

-Müvafiq sahə üzrə (elektrik) 5 il təsdiqli iş təcrübəsi

-Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər

-Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı 

-Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları

-Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları

-Əmək haqqı 800-1000 azn.

Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.

-İşçilər servis xidməti ilə təmin olunacaqlar.

Xahiş edirik CV-lərinizi “Elektrik” qeyd etməklə e-mail ünvanına [email protected]  göndərəsiniz.

Elanın bitmə tarixi – 24.11.22

Şirkət haqqında
Facility Management Group ofis və yaşayış binası, biznes və ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlakın idarə edilməsini həyata keçirən aparıcı şirkətdir.

Missiyamız

Daşınmaz əmlak sektorunda gözləntiləri üstələyən xidmət və peşəkarlıq səviyyəsini təmin etmək. Müştəri məmnuniyyətini qarşılamaq, daim yenilikçi olmaq, yüksək standartlar, düşünülmüş
sistemlər və iş səmərəliliyinə önəm vermək.

Vizyonumuz

Azərbaycanda bir nömrəli daşınmaz əmlak şirkəti olaraq bu sahədə mümkün olan ən yüksək standartlara nail olmaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]