Facility Management Group elektrik axtarır
İşəgötürən: Facility Management Group
Vakansiya: Elektrik
Son tarix: 02 sentyabr 2022
Vəzi̇fələr:
-Elektrik sistemlərin, cihazların və komponentlərin müntəzəm olaraq yoxlanılması, profilaktik baxımın və təmir işlərinin aparılması
-Elektrik təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması
-Müvafiq elektrik cizgilərin oxunması, cizgilərə uyğun olaraq avadanlıqların və xətlərin müəyyən edilməsi
-Elektrik sistemlərin və avadanlıqların müvafiq ölçmə və sınaq alətləri vasitəsi ilə sınaq edilməsi
-Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi
-Yeni elektrik qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması
-Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi
-Elektrik avadanlıqların əvəzlənməsi üçün texniki tələblərin müəyyən edilməsi və alternativ təkliflərin verilməsi
-Elektrik işlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması
Tələblər:
-Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil
-Elektrik ixtisası təsdiq edən təlim şəhadətnaməsi
-Müvafiq sahə üzrə (elektrik) 5 il təsdiqli iş təcrübəsi
-Yaşayış və kommersiya ərazilərinə dair elektrik standartlar və tələblər üzrə əsaslı biliklər
-Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı
-Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları
-Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.
Əmək haqqı 800-1000 azn
Qeyd: İş yeri Ələt azad iqtisadi zonasında yerləşir.
İşçilər servis xidməti ilə təmin olunacaqlar.
Xahiş edirik CV-lərinizi işləmək istədiyiniz vəzifənin adını qeyd etməklə [email protected] e-mail ünvanına göndərəsiniz.
Vakansiyalar
- 8 saat, 39 dəq
- 14 saat, 52 dəq
- 19 saat, 18 dəq
-
19 saat, 59 dəq
Casino on-line overview: offerings, payments, and player journey
- 21 saat, 25 dəq