Emobil İT biznes analitik axtarır

İşəgötürən: Emobile
Vakansiya: İT Biznes Analitik
Son tarix: 11 may 2022
Namizədə tələblər:
-Ali təhsil (İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
-İT sahəsində biznes analitik və ya sistem analitiki vəzifəsində ən azı 1 il iş təcrübəsi
-Biznes sahəsi və biznes proseslərin idarə edilməsi sahəsində bilik və təcrübə
-Proqramlaşdırmanın və VBİS-nin əsaslarını bilmək
-İstifadəçinin tələbləri əsasında müxtəlif tipli diaqramların, blok-sxemlərin, interfeys eskizlərinin hazırlanmasında bilik və təcrübə;
-Sistem Tələblərinin Spesifikasiyası (Analiz və Dizayn sənədi) və digər sənədlərin hazırlanmasında iş təcrübəsi
-Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
-Analitik düşüncə tərzi, komandada işləmə və ünsiyyət qurma bacarığı
İş barədə məlumat:
-Layihə çərçivəsində istifadəçi tələblərinin toplanması üçün müştəri ilə görüş və analitik intervyuların həyata keçirilməsi
-İstifadəçinin tələbləri əsasında lazımi qanunların və müştərinin müəssisə daxili qaydalarının öyrənilməsi və bu əsasda analiz işlərinin həyata keçirilməsi
-İstifadəçinin tələbləri əsasında sistemin məntiqi dizaynının, müxtəlif tipli diaqramların, sxemlərin və istifadəçi interfeysi eskizlərinin hazırlanması
-Müştərinin biznes proseslərinin öyrənilməsi, müvafiq diaqram metodları ilə modelləşdirilməsi və analiz edilməsi
-İstifadəçi tələblərinin analizi nəticəsində Sistem Tələblərinin Spesifikasiyasının (Analiz sənədi) hazırlanması və müştəri ilə razılaşdırılması
-Sistemin proqramlaşdırma mərhələsində sistemin tələbləri və Analiz sənədinin təhlili ilə bağlı proqramçılara lazımi informasiya dəstəyinin göstərilməsi
-Sistemin tətbiqi mərhələsində müştəriyə sistemin təqdimatının həyata keçirilməsi və lazımi təlimlərin verilməsi
İş şəraiti:
-İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00-dan 18:00-dək (Şənbə və Bazar günü istirahət günü)
-Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə
-Əmək haqqı 1200-1700 AZN. (Namizədin bilik və təcrübəsinə əsasən təyin ediləcək)
Tel: 0124041567/68.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 2 saat, 1 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 2 saat, 15 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 59 dəq
-
2 gün, 2 saat, 37 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 2 saat, 38 dəq