eManat data analitik axtarır

İşəgötürən: eManat
Vakansiya: Data Analitik
Son tarix: 20 avqust 2022
Namizədə qoyulan tələblər:
-Ali təhsil;
-Ən azı 2 il iş təcrübəsi;
-Microsoft Office və digər xüsusi proqramların işləmə bacarığı;
-PL/SQL və SQL proqramlaşdırma dilləri barədə güclü məlumat;
-SQL-də analitik funksiyalarla işləmə bacarığı;
-Güclü analitik, təşkilatı və ünsiyyət bacarıqları;
-OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq;
-Performans qiymətləndirmə və SQL optimallaşdırma təcrübəsi;
-Məlumat anbarlarının tətbiqi təcrübəsi;
-Oracle BI,Tableau ya digər vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləməyi bacarmalı;
-Dil tələbləri: Azərbaycan dili, Rus və İngilis dili bilməsi arzuolunandır;
-Komandada işləmək bacarığı və stressə davamlılıq;
-Məsuliyyət, dəqiqlik, opertativlik və problemi həll etmə bacarığı;
Vəzifə öhdəlikləri:
-Proseslərin və tranzaksiyaların analizi və hesabatının çıxarılması;
-Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
-Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi,
-zəif nöqtələrin və imkanların aşkarlanması;
-Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
-Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
-Verilənlər Bazası (DB) ilə işləmə;
-Optimallaşmış SQL sorğularla müxtəlif hesabatların alınması;
-DB-də prosedur, Job-ların qurulması;
-Performans izləmə və optimallaşdırma;
-Kod nəzərdən keçirilməsi
İş şəraiti:
-Ofis daxili;
-İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
-Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
-Əmək haqqının 15 gündən bir ödənilməsi;
-Tibbi sığorta təminatının verilməsi;
-Nahar yeməyinin təmin olunması;
-“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Data analitik” yazılmalıdır.
Vakansiyalar
- 2 gün, 2 saat, 19 dəq
- 2 gün, 2 saat, 21 dəq
- 2 gün, 2 saat, 23 dəq
- 2 gün, 2 saat, 26 dəq
- 2 gün, 2 saat, 30 dəq