Çevik və düzgün mühafizə xidmət rəisi axtarılır. (Sumqayıt)

Mühafizəçi

security muhafize


-Elan tarixi: 05.04.2022

-Bitmə tarixi: 08.05.2022

-Şirkət: XANİ MMC

-Ərazi: Sumqayıt

-Əmək haqqı: Müsahibə əsasında

-Staj: 1 il

-Yaş həddi: 35 — 45 yaş

-Təhsil: Fərq etmir

-İş rejimi: Tam iş günü (6 gün)

-Müqavilə: Əmək müqaviləsi

-E-mail: İ[email protected]

Diqqət : Vakansiya yalnız kişilər üçündür.
İstehsalat (plastik qablar, qida qabları, konisterlər və onların qapaqları)
Ünvan : Sumqayıt şəh., Sülh küç ., 76 – cı məhəllə.

Vəzifələri :

Fəaliyyəti ilə əlaqədar olan eyni zamanda baş verən hadisələrlə bağlı mütləq şəkildə mütəmadi olaraq, rəhbərliyə hesabatlar vermək ;
Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və qərəzsiz yerinə yetirmək ;

İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, depo ( anbar), mal-materialların mühafizəsinin təmin edilməsini həyata keçirmək ;

Növbədə olan mühafizə işçilərindən əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı , sənədlə düzgünlüyünün ciddi yoxlanmasını tələb etmək ;

Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını təmin etmək ;

Mühafizə işçilərinin növbə cədvəlini təyin etmək ;

Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsinin tələb edilməsi ;

Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi ;

Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası ;

Buraxlış-nəzarət sistemi, kamera vasitələrinin idarə olunması və daimi nəzarətin həyata keçirilməsi ;

Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək ;

Namizəddən tələblər:

Mühafizə işinin təşkilində rəhbər kimi minimum 1 il iş təcrübəsi ;

Yaş həddi 35-45 ;

Boy 170 sm – dən yuxarı olmalı ;

Komandada işləmək bacarığı ;

İnsanlarla münasibətdə birtərəfli baxış ;

İşində məsuliyyətli, ciddi və dəqiq olmalı ;

Çevik və düzgün qərar verməyi bacaran ;

Hərbi xidmət keçmiş olmalı ;

Məhkumluğu və hər hansı aludəçiliyi və pis vərdişləri olmamalı ;

Şifahi nitq və ünsiyyətdə yüksək səviyyədə bacarığı olmalı ;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Mühafizəçi” yazaraq İ[email protected] , [email protected]  elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]