CenterHotel hotel müdiri axtarır (Menecer)

Menecer


İşəgötürən: CenterHotel

Vakansiya: Hotel müdiri (Menecer)

Son tarix: 29 may 2022

Vəzifələr:

-Qonaq  məmuniyyətini  təmin  etmək;

-Şöbələrin  işinə  nəzarət  etmək ;

-Obyektin  və  avadanlıqların  yaxşı  saxlanmasını  təmin  etmək  üçün  hotelin  gündəlik  fəaliyyətinə  nəzarət etmək; 

-Satış  proqramını  hazırlamalı;

-Maliyyə  və  inzibati  sənədlərin  saxlanılmasına  nəzarət  etmək;   

-Otaq  qiymətlərinin gündəlik müəyyənləşdirilməsi ;

-Resepşnin  fəaliyyətinin  əlaqələndirilməsi;   

-İşçilərin  işə  götürülməsi və  işdən  çıxarılması; 

-Şöbələrin  büdcələrinin izlənməsi;

-Qanunvericiliklə üzərinə düşən digər vəzifələrin yerinə yetirilməsi 

Namizədə  Tələblər:

-Ali təhsilli  (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);

-Hotel  sahəsində minimum  10 il  iş təcrübəsi  olmalı;

-Satış  müdiri və  Menecer  kimi minimum 5 il iş  təcrübəsi olanlara  üstünlük  verilir;

-Ərəb  ölkələri  , İsrail və  Rusiyalı  turistlərlə işləmək  bacarığı  olmalı;

-Turizm firmaları  və  agentlikləri ilə  iş  birliyi  olmalı və ya iş  birliyi  qurma bacarığı olmalı;

-Fəaliyyət  göstərdiyi  sektorda  yer  alan  rəqib  hotelləri  analiz  edə  bilməli;

-Satış bacarığını və bilgilərini inkişaf etdirmək;

-Hotel  fəaliyyəti  ilə  əlaqədar  bütün  qayda  və  qanunları  bilməli;

-Ciddi, kollektivdə işləmə bacarığı və  idarəetmə  qabiliyyəti  yüksək səviyyədə olmalı; 

-Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı olmalı;

-Dil bilikləri: Azərbaycan dili,  İngilis  dili, Rus dili    (yazmaq, oxumaq  və   danışmaq   mükəmməl  səviyyədə)

-Məsuliyyətli, stressədavamlı 

İş şəraiti:

-AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-Həftədə  6 iş günü, 12 saatlıq  iş  qrafiki   09.00 –dan  21.00-dək, 1 gün  istirahət  günüdür;

-Əmək  haqqı  razılaşma  yolu  ilə  (Təcrübə  və  idarəetmə  qabiliyyəti  nəzərə  alınmaqla)

Qeyd: iş yeri Bakı şəhərində , mərkəzdə  yerləşir.

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “ Müdir ” qeyd edərək öz CV lərini mükəmməl şəkildə [email protected] email ünvanına göndərməyiniz  xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]