Çağrı mərkəzi operatoru axtarılır

İşəgötürən – Gədəbəy Mineral Suları MMC
Vəzi̇fə Öhdəli̇kləri̇:
Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyətin qurulması
Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi
Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi
Mövcud müştərilərin daimi diqqətdə saxlanılması, onlara vaxtaşırı zənglərin edilməsi yaranan problemlərin aradan qaldırılması üçün müvafiq bölmələrin məlumatlandırılması;
Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı gedişatların sistemdə işlənilməsi
Tələblər:
İş təcrübəsi – 1 ildən çox olmalı
Dil biliyi- Azərbaycan dilində, Rus dilində səlis danışıq qabiliyyət
Gülərüz, ünsiyyətcil olmalı
Stressə dözümlü olmalı
Müştərilərlə mehriban davranmalı
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirməli
Özünə güvənən gənclər buyurub müraciət edə bilər.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Çağrı mərkəzi operatoru” qeyd edərək göndərmələri xahiş olunur.
Vakansiyalar
- 1 gün, 19 saat, 4 dəq
- 5 gün, 18 saat, 54 dəq
- 5 gün, 18 saat, 57 dəq
- 6 gün, 12 saat, 12 dəq
- 6 gün, 12 saat, 54 dəq