“AzProtein” müəssisəsinə sürücü tələb olunur

Sürücü


İş elanını dərc edən – Azprotein Foods Group

Vakansiya – Sürücü

Namizədə Tələblər:

-Yaş həddi:  25 – 50 yaş

-Sürücü kimi ən az 3 – 5 il təcrübə,

-BC kateqoriyalı sürücülük vəsiqəsi,

-İşində ciddi və məsuliyyətli olmalı,

-Müəssisə Buzovna qəsəbəsində yerləşdiyi üçün yaxında qalan namizədlərə üstünlük veriləcəkdir.

Vəzifə öhdəlikləri:

-İşin başlanğıcında sürücüyə təqdim edilən sənədlər əsasında anbardan malların təhvil alınması və maşına yüklənilməsi,

-Satış müdiri tərəfindən müəyyən edilən marşrut planı üzrə çatdırılma işinin həyata keçirilməsi,

-Çatdırılma nöqtələrində məhsulların müvafiq sənədləşmə əsasında təhvil verilməsi,

-Çatdırılma nöqtələrində qaytarılan məhsullar olarsa müvafiq sənədləşmə əsasında təhvil alınıb müəssisəyə gətirilməsi,

-Satış sonrası müvafiq şöbələrlə sənədləşmə aparılması,

-Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımaq,

-Şirkəti düzgün təmsil etmək, geyim, davranış, şirkət etikası və s. ilə bağlı şirkət qaydalarına əməl etmək.

Əmək haqqı: 500 manat.

İş qrafiki: 6 günlük.

Nəqliyyat vasitəsi şirkət tərəfindən verilir (nəqliyyat vasitəsi günün sonunda müəssisəyə təhvil verilir).

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiyanın adı qeyd olunmaqla elektron ünvanına [email protected] göndərmələri xahiş olunur.

Şirkət haqqında

“AzProtein” Azərbaycanın milli markasıdır. 2011-ci ilin yanvar ayından etibarən Azərbaycan şirkəti ”AzProtein Foods Group” ən inkişaf etmiş texnologiyaya sahib olan modern müəssisədə dana əti istehsalını davam etdirir.

6 aylıqlarında fermaya qəbul edilən buzovların sağlamlığına baytarlar nəzarət edir. Fermaya sağlam buzovlar qəbul olunur. Qulaqlarına taxılan xüsusi çiplərlə hər birinə kimlik nömrəsi verilir. Sonrakı günlərdə buzov haqqında bütün məlumatlar aid olduqları nömrə ilə sistemə daxil edilir. Bu yolla dana haqqında bütün məlumatlar rahat izlənilir.
Bu izləmə nəticəsində yaranan şəffaflıq “AzProtein” məhsullarına özəllik verir və istehlakçıları 100 faiz inandırır.

Fermaya 6 aylıq ikən gətirilən buzovlar kəsim yaşına qədər burada yetişdirilir. Bu müddət ərzində qidalanmaları və sağlamlıqlarına nəzarət 24 saat ərzində “AzProtein”in baytarları və keyfiyyət-zəmanət heyəti tərəfindən həyata keçirilir.
“AzProtein” fermasında yetişən danalar xəstəlikdən uzaq, təbii və dinc mühitdə böyüyürlər. “AzProtein” markalı ətlər – danalar 12 aylıq ikən kəsildiyi üçün daha yumşaq və ləzzətlidir. Həmçinin, sümüyə görə itkisi az olur.

-Ünvan – Bakı / Azərbaycan, Xəzər r-nu, Buzovna qəs., Albalı

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]