AzerFloat SƏTƏM meneceri axtarır

Menecer


İşəgötürən: AzerFloat

Vakansiya: SƏTƏM meneceri

Son tarix: 27 noyabr 2022

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

-Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

-Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;

-Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

Vəzifə və Öhdəlikləri:

-Cəmiyyətdə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;

-İş yerlərində əmək şəraitinin öyrənilməsi, təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi üzrə işlərin təşkili, iş yerlərinin və istehsalat avadanlıqlarının təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə uyğunluğunun attestasiyası və sertifikatlaşdırılması, nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinə nəzarət etmək;

-Peşə və ya vəzifəyə uyğun olaraq tələb olunan təlimlərin təşkil və təmin edilməsi, həmçinin müvafiq təlimlərin təmin edilməsində məsləhətlər vermək;

-Zərərli və təhlükəli istehsal amillərinin təsirindən mühafizə vasitələrinin daha təkmil layihələrinin işlənib hazırlanması və həyata keçirilməsi. Təhlükəsiz və sağlam əmək şəraitinin yaradılması üzrə tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi üzrə təkliflərin hazırlanmasında və təqdim edilməsində iştirak etmək;

-Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin etmək;

-Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;

-Şirkətin SƏTƏM baxımından fəaliyyətini təhlil etmək və bütün SƏTƏM məsələləri üzrə rəhbərliyə hesabatlar təqdim etmək və fəaliyyətin təkmilləşdirilməsi və ya düzəldilməsi üçün tədbirlər təklif etmək;

-SƏTƏM-ə dair statistik məlumatların toplanılmasını təşkil və təmin etmək və risklərin qiymətləndirilməsi prosesinə nəzarət etmək, rəy bildirmək; Hadisələrin və qəzaların səbəblərinin təhlili, onların qarşısının alınması üçün tədbirlərin işlənib hazırlanması və bu hadisələrdən örnək dərslərinin çıxarılması üçün hadisələrin araşdırılmasına rəhbərlik etmək;

-Şöbə işçilərinin idarə edilməsi: tapşırıqların bölüşdürülməsi, nəzarət, SƏTƏM üzrə illik məqsədlər və hədəflər qoymaq və həyata keçirmək.

Tələblər:

-Texniki sahə üzrə ali ixtisas təhsili;

-Tələb olunan vəzifə üzrə istehsalatda minimum 5 il iş təcrübəsi; 

-Müvafiq vəzifə üzrə beynəlxalq sertifikatlara (NEBOSH / IOSH) malik olması

-Rus və ya ingilis dili biliyi

-MS Office proqramları

-Planlama və təşkiletmə bacarığı

-Məsuliyyət götürmə və hesabat vermə bacarığı

İş şəraiti: 

-İş qrafiki: 09:00- 18:00

-Tibbi sığorta

-Servis (20 yanvar) və nahar  ilə təmin edilir

-Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “SƏTƏM meneceri” yazıb [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müsahibəyə dəvət olunan şəxslər ünvanla bağlı aşağıdakı linkdən istifadə edə bilərlər: https://waze.com/ul/htp5myd3m0 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]