“Azərbaycan Supermarket” işçi axtarır
![bravo](https://avand.marja.az/wp-content/uploads/2022/04/bravo-azerbaijan-supermarket.jpg)
“Azərbaycan Supermarket” MMC “İşçi qüvvəsi üzrə analitik” vakansiyasnı elan edir və müvafiq sahədə təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir.
Vəzifə üzrə daha ətraflı məlumatlarla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
-Yeni açılacaq marketlərin analiz əsasında ştatlarının təyin olunması
-Ştat saylarının yenidən formalaşdırılması
– İşə qəbul komandası və müvafiq şəxslərin məlumatlandırılması
– Ştat cədvəlləri ilə bağlı müvafiq hesabatların və yoxlamaların aparılması.
-Rüblük olaraq marketlərdə iş yükünün analizi
-Aylıq olaraq İşçi ilə əlaqədar xərclərin analizi (əmək haqqı, danışıq limitindən istifadə, amortizasiya, ezamiyyə və s.)
-Xərclərin optimallaşdırılması və təklif planlarının hazırlanması
-Əmək haqqı ilə bağlı analizlərin maliyyə şöbəsinə təqdim olunması
-Əmək haqqı üzrə Büdcə və proqnozlarının hazırlanması
-1C proqramı üzrə yeni tənzimləmələrin icrasında dəstək
-Şirkət üzrə təşkilati stukturun hazırlanması və periodik yenilənməsi
Namizədə dair tələblər:
-Riyaziyyat, Biznes Tədqiqatları, Biznesin İdarə Edilməsi, İnsan Resursları və ya ekvivalentində ali təhsil
– Göstərilən vəzifədə ən azı 1-3 il iş təcrübəsi.
-Güclü ünsiyyət və təqdimat bacarığı.
-Tənqidi düşünmə və təhlil etmə bacarığı.
-Birdən çox prioriteti eyni vaxtda idarə etmək bacarığı.
-Problemlərin həllinə yaradıcı yanaşma.
– Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
-Səlis Microsoft Office istifadəçisi.
-Azərbaycan və İngilis dilində sərbəst ünsiyyət bacarığı.
Maraqlanan namizədlər [email protected] email ünvanına “işçi qüvvəsi üzrə analitik” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
1 ay, 1 gün, 17 saat, 2 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 5 ay, 5 gün, 17 saat, 57 dəq
- 6 ay, 3 gün, 19 saat, 50 dəq
- 9 ay, 1 həftə, 1 gün, 14 saat, 35 dəq
-
9 ay, 2 həftə, 6 gün, 10 saat, 6 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır