“Azərbaycan Supermarket” “Dizayn İşləri üzrə Mütəxəssis”axtarır

Dizayner


“Azərbaycan Supermarket” MMC Dizayn İşləri üzrə Mütəxəssis vakansiyasnı elan edir və təcrübəli namizədləri müraciətlərini yönləndirməyə dəvət edir. Vəzifə üzrə daha ətraflı məlumatlarla aşağıda tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri:

-Layihələr üzrə çertyojların hazırlanması və sahələrdə tikintinin həmin çertyojlar üzrə aparılmasına nəzarət;

-Divar açılışlarının və fasadların çertyojunun hazırlanlanması;

– Layihə üzrə lazımı avadanlıqların, mağaza rəflərinin siyahısının çıxarılıb hazırlanması;

-Layihənin müvəffəq həyata keçirilməsi üçün digər aidiyyatı departamentlərə sıx əlaqədə işləmək;

-Tikinti işlərində layihə üzrə dizayndan kənara çıxmalara mütəmadi nəzarət etmək;

– Texniki çizimlərin hazırlanması.

Namizədə dair tələblər:

– Ali təhsil (memarlıq və ya inşaat üzrə);

– Autocad, Sketchup proqramlarında peşəkar işləmə bacarığı;

–  Memarlıq\dizayn sahəsi üzrə minimum 3 illik iş təcrübəsinə malik olmaq;

– Mexanika və elektrik işləri üzrə ümumi məlumata sahib olmaq;

– Yaradıcılıq və müasir dizayn tendensiyaları üzrə biliklərə sahib olmaq;

– Verilmiş təlimatlar əsasında layihə və dizayn işlərini zamanında yüksək keyfiyyətlə həyata keçirmək;

– Komandayla çalışmağı bacarmaq, sürətli ve praktik olmaq;

– Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;

– Azərbaycan və İngilis dilində sərbəst danışıq bacarığı.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Dizayn İşləri üzrə Mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]