Azdizayn Group maliyyə üzrə analitik axtarır

Analitik


İşəgötürən: Azdizayn Group

Vakansiya: Maliyyə üzrə analitik

Son tarix: 17 iyul 2022

Namizədə olan tələblər:

-İqtisadiyyat, Maliyyə və ya Biznesin idarəedilməsi sahələrində bakalavr dərəcəsi;

-Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;

-Mühasibatlıq və yaxud maliyyə sahəsində minimum 1 il müvafiq sahədə peşəkar təcrübə;

-Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;

-Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;

-Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;

-Azərbaycan dili sərbəst, Rus və ingilis dili biliyi arzu olunandır;

-Güclü analitik qabiliyyət və riyazi düşüncə malik olmaq;

-Problemləri həll etmək bacarığı;

-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

-MS Office kompüter proqramları biliyi.

-Yaş həddi: 25-45

İş haqqında məlumat:

-Müəssənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;

-Qənaət rejiminin təmin edilməsi ilə bağlı hesabatlar əsasında təkliflər vermək;

-İtkilərin və istehsalatdan kənar xərclərinqarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;

-Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək;

-İnvestisiya qərarlarının qəbulu zamanı gələcəkdə istifadə məqsədilə iqtisadi şəraitin proqnozlaşdırılması, gələcək gəlir və xərclərin hesablanması üçün maliyyə məlumatlarını  təhlil etmək;

-Müqavilələrin bağlanılmasının məqsəd yönlülüyünü təhlil etmək;

-İqtisadi, hüquqi və sahəvi məlumatları, həmçinin şirkətin maliyyə hesabatları və maliyyə üzrə dövri məlumatı toplamaq;

-Maliyyə göstəricilərini hesablamaq;

-Maliyyə tədqiqatlarını həyata keçirmək;

-Maliyyə riskinin səviyyəsini qiymətləndirmək; 

-İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;

-Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;

– İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq;

-Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək;

İş şəraiti:

-6 günlük iş həftəsi ;

-Əmək Məcəlləsinə əsasən sənədləşmə;

-Korporativ nömrə;

-Əmək haqqı  razılaşma əsasında 

Vakansiyaya müraciət üçün CV-ləri “Maliyyə üzrə analitik” başlığı ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]