AZCD Group QSC sürücü axtarır

İşəgötürən: AZCD Group QSC
Vakansiya: Sürücü
Son tarix: 26 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-Şirkətin təqdim etdiyi sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız idarə etmək və onun düzgün texniki istismarını həyata keçirtmək;
-Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;
-Avtonəqliyyat vasitəsinin gündəlik işə hazırlanmasını, onun ayrı-ayrı hissə və qovşaqlarının baxışını həyata keçirmək; nasazlıqların vaxtında aradan qaldırılması üçün yoxlamalar keçirmək, aşkar olunmuş nasazlıqları vaxtında bilavasitə aradan qaldırmaq və ya aradan qaldırılmasını təmin etmək;
-Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin təmiri üzrə işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə bilavasitə nəzarət etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;
-Əsaslı və/və ya cari təmirdən/profilaktik işlərdən çıxmış avtonəqliyyat vasitəsinin qəbulunda bilavasitə iştirak etmək;
-Avtonəqliyyat vasitəsinin zəruri ehtiyat hissələri ilə vaxtında təmin olunmasına nail olmaq;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsi üçün vaxtında Şirkətin təsdiq etdiyi formada yol vərəqələrini, habelə yanacaq alınması üçün kartları əldə etmək və təhvil vermək;
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin spidometrinin göstəricilərini müntəzəm olaraq yoxlamaq və qeyd etmək, bu göstəricilərin verilmiş yol vərəqəsinə və yanacaq-sürtkü materiallarının sərfinə uyğunluğunu təmin etmək;
-Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək
Namizədə tələblər:
-Təcrübə minimum 10 ildən yuxarı;
-Azərbaycan və Rus dili biliyi;
-Şəhər daxili əraziləri yaxşı tanımalı;
-Regionlara ezamiyyətlərə getməyə hazır olmalı;
-İntizamlı, məsuliyyətli, dürüst olmalı.
İş barədə məlumat:
-İş saatı 09:00-dan 18:00- a dək
-İstirahət günləri : Şənbə və Bazar günləri
-Avtomobil və yanacaq şirkət tərəfindən təmin edilir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Əmək haqqı: 700-800 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Sürücü” qeyd edərək [email protected] elektron ünvanına Resume göndərməniz xahiş olunur.
Vakansiyalar
- 7 saat, 6 dəq
- 7 saat, 52 dəq
- 8 saat, 30 dəq
- 9 saat, 17 dəq
- 9 saat, 18 dəq