“AVRORA” maliyyə analtiki axtarır

AVRORA MMC “Maliyyə Analitiki” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
-Maliyyə hesabatlarının hazırlanması;
-Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
-Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
-Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
-Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
– Malların marjinallığının hesablanması və təhlil edilməsi;
– Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
Tələb olunan bilik və bacarıqlar :
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
– Problem həll etmə bacarığı;
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
-Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
-İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
-Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
-Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.
İş şərtlərimiz:
-Həftədə 5 iş günü;
– İş saatları: 09:00-18:00;
-İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
– Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
-Həyat yaşam sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 3 saat, 43 dəq
-
1 gün, 2 saat, 43 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 2 saat, 45 dəq
- 1 gün, 2 saat, 47 dəq
-
1 gün, 2 saat, 49 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib