Avrora maliyyə analitiki axtarır
İşəgötürən: Avrora
Vakansiya: Maliyyə analitiki
Son tarix: 17 iyul 2022
Əsas vəzifə öhdəlikləri:
-Maliyyə hesabatlarının hazırlanması;
-Maya dəyərinin analizi və kənarlaşmaların müəyyən edilməsi;
-Büdcələrin hazırlanması və təsdiq edilən büdcələrin izlənilməsi;
-Maliyyə hesabatlarının analizi və maliyyə əmsallarının hesablanması;
-Satış hesabatlarının hazırlanması və təhlil edilməsi;
-Malların marjinallığının hesablanması və təhlil edilməsi;
-Hesabat dövrünün xərclərinin yoxlanılması və analiz edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;
-Problem həll etmə bacarığı;
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
-Maliyyə və mühasibatlıq sahələri üzrə ali təhsil;
-Beynəlxalq maliyyə hesabatı standartları haqqında biliklər (F3);
-İş təcrübəsi : Mühasibatlıq və yaxud maliyyə sahəsində ən az 1 il iş təcrübəsi;
-Kompüter bilikləri: MS Office proqramlarından (yüksək səviyyədə Excel və maliyyə sertifikasiyası üzrə biliklərinin olması arzuolunandır) istifadə etmək bacarığı;
-Dil bilikləri: Azərbaycan (əla), İngilis və Rus dilləri arzuolunandır.
İş şərtlərimiz:
-Həftədə 5 iş günü;
-İş saatları: 09:00-18:00;
-İş yeri : Bakı ş., Aşıq Molla Cümə küçəsi, 46C.
Biz nə təklif edirik:
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları;
-Həyat yaşam sığortası (könüllü).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
2 ay, 2 həftə, 4 gün, 12 saat, 4 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 3 həftə, 12 saat, 59 dəq
- 7 ay, 3 həftə, 14 saat, 52 dəq
- 10 ay, 3 həftə, 5 gün, 9 saat, 37 dəq
-
11 ay, 1 həftə, 5 saat, 8 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır