AVRORA “Brend Meneceri” axtarır

AVRORA MMC “Brend Menecer” vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri :
– Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlanılması və reallaşdırılması;
-Portfelində mövcud olan brendlər üzrə düzülüş normativlərinin hazırlanması, Satış komandasına məlumat verilməsi və icrasının izlənilməsi;
-Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımı tədbir planının hazırlanması;
-Mütəmadi olaraq gündəlik/aylıq istehsal olunan məhsulların miqdarının izlənilməsi, nəzərdə tutulmuş istehsal planından kənarlaşma olduğu təqdirdə müvafiq tədbirlər görülməsi, birbaşa rəhbərinə istehsalın gedişatına dair müvafiq hesabatların hazırlanaraq təqdim edilməsi;
-Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasını, yeni məhsulların buraxılmasını, aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
-Marketinq planının hazırlanmasında iştirak etməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
-Brend üzrə qiymət siyasətinin mütəmadi olaraq təhlil edilməsi və inkişaf etdirilməsi;
-Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı, bunun üçün tələbat), istehlakçıların məhsula olan münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar :
-Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
-Güclü analitik düşüncəyə malik olması;
-Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
– Excel proqramı üzrə bilikler (orta səviyyədə);
– Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
-Təhsil: Marketinq ixtisası üzrə bakalavr dərəcəsi;
– İş təcrübəsi: Brend Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
– Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).
İş şərtlərimiz :
-İş qrafiki: Tam iş günü (5 gün);
-İş saatları: 09:00-18:00;
-İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik :
-Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Nahar;
-Şirkət hesabına korporativ nömrə;
-Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend Menecer” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 8 saat
-
15 saat, 40 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 15 saat, 49 dəq
- 15 saat, 50 dəq
- 15 saat, 52 dəq