AVICOM LLC maliyyəçi-analitik axtarır

İşəgötürən: AVICOM LLC
Vakansiya: Maliyyəçi-Analitik
Son tarix: 26 iyun 2022
Namizədə aid tələblər:
-Maliyyə/Biznesin idarəedilməsi sahələrində bakalavr və magistr dərəcəsi;
-Beynəlxalq maliyyə üzrə F3-Financial Accounting, F2-Management Accounting sertifikatları;
-Minimum 5 il müvafiq sahədə peşəkar təcrübə;
-Maliyyə hesabatlarının təhlili, şirkətin qiymətləndirilməsi bacarıqları;
-Analitik və strateji baxış bacarıqları;
-Biznesin planlaşdırılmasına dəstək vermək üçün biznes haqda dərin və ətraflı anlayış;
-Yüksək səviyyəli analitik bacarıqlar;
-Potensial investisiya imkanları üzrə maliyyə və iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
-MS Office kompüter proqramları biliyi.
İşin Təsviri: Maliyyə hesabatlarında və biznes planlarda müxtəlif məlumatları təhlil edərək maliyyə modelləri və qiymətləndirmə üçün zəmin yaratmaq, yeni biznes imkanlarını, iqtisadi trendləri araşdıraraq tətbiqi yollarını təklif etmək.
Vəzifə öhdəlikləri:
-İllik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatlar hazırlamaq;
-Müəssisənin maliyyə vəziyyətini iqtisadi təhlil etmək;
-Qənaət rejiminin təmin edilməsilə bağlı hesabatlar əsasında təkliflər vermək;
-İtkilərin və istehsalatdan kənar xərclərin qarşısının alınması, ehtiyatların üzə çıxarılması və mənbələrin bütün növlərindən daha səmərəli istifadə edilməsi üçün təhlillər əsasında təkliflər hazırlamaq.
-Biznesə nəzarət üzrə hesabatların hazırlanması və təqdim edilməsində iştirak etmək
İş yerinə dair üstünlüklər (benefits):
-Korporativ tibbi sığorta
-Performansa dayanıq ekstra ödənişlər
-Şəxsi inkişaf imkanları
-Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
İş şərtləri:
-iş rejimi – həftədə 5 gün
-iş saatları – 09.00-18.00
-1 saatlıq nahar fasiləsi
Namizədləri e-mailın mövzu hissəsində “Maliyyəçi” yazmaqla öz CV-i göndərməyiniz xahiş olunur.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 7 saat, 9 dəq
- 7 saat, 55 dəq
- 8 saat, 33 dəq
- 9 saat, 20 dəq
- 9 saat, 21 dəq