Ateshgah Sigorta marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin dizayneri axtarır

Dizayner

ateshgah sigorta


İşəgötürən: Ateshgah Sigorta

Vakansiya: Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsinin Dizayneri

Son tarix: 24 sentyabr 2022

Namizədə tələblər:

-Yaş: 25 – 35

-Təhsil: Natamam Ali və Ali

-İş təcrübəsi : 

-Marketinq sahəsində təcrübəyə malik olmalı; Qrafik dizayn və Poliqrafiya sahəsində minimum 1 il iş təcrübəsi.

-Təşəbbüskar olmalı; 

-Kompyuterdə sərbəst işləməyi bacarmalı; 

-Ünsiyyətcil, özünə əminlik hissi, yüksək intellektual səviyyəli olmalı; 

-İnkişafa meyilli olmalı; 

-Məsuliyyətli, diqqətli və yaradıcı olmalı;  

-Azərbaycan,( əla)  Rus (əla), ingilis (arzuolunan) ;

-Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydalarını;

-Şirkətin daxili əmək nizamı qaydalarını; 

-Şirkətin kommersiya sirrinin qoruyub saxlama rejimini; 

-Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğından mühafizə qaydalarını;

-Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı- 

-Reklam materialları ilə işləmə bacarığına malik olmalı- 

-Proqram bilgisi: CorelDraw, Adobe Illustrator, Adobe Photoshop, Adobe Indesign.- 

-Dil bilikləri: Azərbaycan (əla), əlavə olaraq Rus (əla) mütləqdir ,İngilis dili (arzuolunandır) 

Şəxsi keyfiyyətlər:

-kollektivdə işləmək, qarşısına qoyduğu məqsədlərə çatmaq, işə yaradıcı yanaşmaq və sığorta cəmiyyətinin bütün strukturları ilə normal iş münasibətləri qurmaq bacarığına malik olmalıdır.

Əsas vəzifə öhdəlikləri:

-Promo məhsulların dizaynının hazırlanması, istehsalı və keyfiyyətinə nəzarət edilməsi;

-Xarici reklam, təqdimat fəaliyyəti, təqdimat materialları, ofislərin və avtomobillərin brendinqi; 

-“Carçı” jurnalı və bülletenlərin hazırlanması;

-Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq

-Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək

İş şərtləri:

-Əmək müqaviləsi bağlanılır

-İş vaxtı 09:00 – 17:30

-İş günü 5/2  (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)

-Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir

-Əmək haqqı :  800 – 890 ( əmək haqqı gross ilə qeyd olunub ) 

Məlumatlandırıcı qeydlər:

-Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun

-CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur

-CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin

-Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir

-İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

-Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin

-CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun

-İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Marketinq və sığorta məhsullarının hazırlanması şöbəsi – Dizayner” qeyd etmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]