Air Group sürücü axtarır

İşəgötürən: Air Group
Vakansiya: Sürücü (My driver)
Son tarix: 06 iyul 2022
Namizədə tələblər:
-Yol hərəkəti qaydaları biliyi – yüksək səviyyədə
-İntizamlı, məsuliyyətli, dürüst
-Ünsiyyət bacarığı olan, səliqəli, stressə davamlı
-Azərbaycan və rus dili biliyi yaxşı, ingilis dili biliyi əlavə üstünlükdür
İş barədə məlumat:
-Müştərilərin təyinat yerinə rahat və təhlükəsiz çatdırılmasını təmin etmək,
-Şirkət tərəfindən təhkim olunmuş avtomobilin təmiz və səliqəli saxlanılmasına nəzarət etmək,
-İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə riayət etmək,
Əlavə məlumatlar:
-Əmək haqqı: 550 AZN (gross) + bonus
-İş qrafiki: növbəli
-Fəaliyyət üçün bütün ehtiyaclar şirkət tərəfindən qarşılanır (avtomobil, telefon, internet, balans və s.)
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Sürücü – My driver” sözlərini qeyd edərək [email protected] e-ünvanına göndərsinlər.
Vakansiyalar
- 2 gün, 6 saat, 12 dəq
- 2 gün, 6 saat, 15 dəq
- 2 gün, 23 saat, 30 dəq
- 3 gün, 12 dəq
- 3 gün, 14 dəq