AFB Bank-da yeni vakansiyalar – Kredit və rəqəmsal bankçılıq üzrə mütəxəssislər tələb olunur

Mütəxəssis

afbbank


1.  AFB Bank Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Rəqəmsal bank xidmətlərinin inkişafı sahəsində minimum 1 il iş təcrübəsi;

Azərbaycan, Rus və İngilis dillərində sərbəst danışmaq bacarığı;

MS Office (MS Word, MS Excel, Outlook), SQL proqramları üzrə biliklər;

Analitik düşünmə qabiliyyəti;

Yüksək səviyyədə təqdimat bacarığı;

Məsuliyyətlilik, dəqiqlik və operativlik;

Ünsiyyət, təşəbbüskarlıq və komandada işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;

İstehlakçı davranışlarına əsasən ehtiyacların müəyyən edilməsi, əsas prioritetlərin və meyllərin aşkara çıxarılması;

Klassik bank məhsullarının rəqəmsallaşdırılması məqsədi ilə tədbirlər planının tərtib olunması və aidiyyatı struktur bölmələri ilə işin təşkil edilməsi;

İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;

Texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında hazırlanmış web tətbiqlərin testdən keçirilməsi və lazımi düzəlişlərin edilməsi;

Yeni rəqəmsal məhsul və xidmətlərin hazırlanması zamanı yerli və xarici potensial tərəfdaşlarla danışıqların aparılması;

Rəqəmsal bankçılıq sistemində istifadəçi rəylərinin aktiv şəkildə toplanılması prosesinin təşkili və sistemin təkmilləşdirilməsi istiqamətində təkliflər paketinin hazırlanması;

Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;

Rəqəmsal bankçılıq üzrə məhsul və xidmətlərin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkil edilməsi;

Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partnyorları ilə işin koordinasiya edilməsi.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Rəqəmsal bankçılıq üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

2. AFB Bank İstehlak kreditləri üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Gəncə, Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank və ya bank olmayan kredit təşkilatında 1 il iş təcrübəsi;

Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;

Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;

MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

İŞİN TƏSVİRİ:

Kredit müraciətlərinin qəbulu və analizi;

Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;

Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;

Keyfiyyətli kredit portfeli formalaşdırmaq və portfeli idarə etmək;

Ümumi fəaliyyətə dair hesabatlar hazırlamaq;

Verilmiş kreditlərin monitorinqinin aparılması.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İstehlak kreditləri üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

3. AFB Bank Korporativ kreditlər üzrə baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Baş mütəxəssis
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Gəncə, Qəbələ, Bakı, şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

Ali təhsil;

Bank və ya bank olmayan kredit təşkilatında 3 il iş təcrübəsi;

Bank qanunvericiliyi bilikləri;

Azərbaycan dilində sərbəst danışıq bacarığı , Rus dili bilikləri arzu olunandır;

Analitik təhlil, ünsiyyət və komandada işləmək bacarığı;

MS Office proqramlarında (MS Excel, MS Word) işləmək bacarığı;

Məsuliyyətlilik və dəqiqlik.

İŞİN TƏSVİRİ:

Bankın kredit məhsullarının təşviqatını aparmaq, onlara dair müştərilərin tələb, təklif və arzularını öyrənərək təhlil etmək və filialın maksimal gəlir əldə etməsi üçün bu barədə müvafiq təkliflərlə çıxış etmək;

Bankın kredit məhsullarının satışını təşkil etmək, müştəri cəlbi ilə birbaşa məşğul olmaq və müştərilərlə müvafiq danışıqları aparmaq;

Korporativ və KOS (SME) kredit müraciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komitəsinə  çıxarılmasını təmin etmək;

Mütəmadi olaraq bank bazarını öyrənmək, yeni bank metod və texnologiyalarının tətbiq edilməsi üzrə təkliflər vermək;

Formalaşdırılmış kredit portfelinin idarə olunmasında və nəzarət olunmasında birbaşa iştirak etmək;

Bankdaxili prosedurlara  uyğun olaraq həm yeni kredit müraciətləri üzrə, həm də verilmiş kreditlər  üzrə kameral və səyyar monitorinqləri həyata keçirmək;

Bankdaxili prosedurlara uyğun olaraq problemli kreditlərin idarə olunmasını və ödənilməsini təşkil etmək;

Fəaliyyəti ilə bağlı müxtəlif hesabatlar hazırlamaq.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]