ABB ASC rəqəmsal dələduzluq və təhdid kəşfiyyatı üzrə analitik axtarır

Analitik


İşəgötürən: ABB ASC

Vakansiya: Rəqəmsal Dələduzluq və Təhdid Kəşfiyyatı üzrə analitik

Son tarix: 04 avqust 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Peşəkar kollektivdə çalışmaq imkanı;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat; 

Görəcəyiniz işlər:

-Hücum kampaniyaları, hücum vektorlarını araşdırılması;

-SOC əməkdaşları ilə tapıntılar üzrə iş birliyi, yarana biləcək zərərvericilərin aşkarlanması, zərərvericilərin yayılma dərəcəsini müəyyən etmək üçün  şəbəkə fəaliyyətinə, trafikə və protokol analizinə əsaslanan təhlil və təhdid fəaliyyətini dərindən təhlil edib, yüksək keyfiyyətli hesabatların hazırlanması;

-SİEM, Vulnerability Scanner və diqər İT təhlükəsizlik sistemlər üzrə qaydaların sazlanması ilə bağlı təkliflərin verilməsi;

-İnformasiya mühitində potensial anomaliyaların tapılması və təhlili;

-Müxtəlif hesabatların hazırlanması.

Bizim üçün ideal namizəd:

-Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);

-Müvafiq sahədə iş təcrübəsinə (arzuolunandır); 

-İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;

-Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.); 

-Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə; 

-Əməliyyat sistemlərinin informasiya təhlükəsizliyinin təmin olunması üzrə daxili vasitə və mexanizmlərlə bağlı biliklərə (Windows, *nix);

-Müvafiq sahə üzrə beynəlxalq sertifikatlara (üstünlükdür);

-Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]