ABB ASC informasiya təhlükəsizliyinə nəzarət mərkəzinin analitiki axtarır

Analitik

biznes analitik


İşəgötürən: ABB ASC

Vakansiya: İnformasiya Təhlükəsizliyinə Nəzarət Mərkəzinin analitiki

Son tarix: 04 avqust 2022

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

-Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;

-Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;

-Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;

-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;

-Yüksək komanda ruhunda əməkdaşlıq;

-Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;

-Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 

-Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  

-Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;

-Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

-İnformasiya təhlükəsizliyi insidentlərini monitorinq etmək;

-İnformasiya təhlükəsizliyi səviyyəsinin ölçülməsi üçün tədbirləri icra etmək;

-İnsidentləri araşdırmaq; 

-İnformasiya təhlükəsizliyi sahəsində baş verən yenilikləri izləmək və bank mühiti üçün riskləri qiymətləndirmək;

-İnsidentlərin düzgün qeydiyyatını həyata keçirmək və hesabatları rəhbərliyə təqdim etmək.

Bizim üçün ideal namizəd:

-İnduktiv və analitik təhlil, təqdimat, vaxtın idarə olunması, komanda işi və problemləri həll etmə bacarıqlarına;

-Ali təhsilə (Kompüter elmləri, İnformasiya sistemləri ixtisaslı namizədlərə üstünlük veriləcək);

-Müvafiq sahədə iş təcrübəsinə; 

-Məlumatların qorunması üsulları və vasitələri ilə bağlı biliklərə (şəbəkələrarası ekranlar, müdaxilələrin aşkarlanması sistemləri, mühafizə səviyyəsinin təhlili vasitələri və s.); 

-Beynəlxalq standartları, analitik hesabatları və s. başa düşəcək səviyyədə ingilis dili biliklərinə; 

-Məxfilik, diqqətli yanaşma, təhlil etmə qabiliyyətinə;

-CEH, CCNP SEC, Comptia Security+, Comptia CySa+ və İnformasiya təhlükəsizliyi sahəsində digər sertifikatlara (üstünlükdür);

-WAF sistemləri ilə işləmə təcrübəsinə;

-SIEM sistemləri üzrə analitik səviyyəsində iş təcrübəsinə;

-NGFW ilə işləmə təcrübəsi, Rule və Security policy-lərlə işləmə bacarığına;

-Windows və ya Linux sistem-ləri ilə administrator səviyyəsində iş təcrübəsinə (üstünlükdür);

-Növbəli iş rejimində işləmə imkanına sahib olan şəxsdir. 

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]