Emsa Food sosial media üzrə mütəxəssis axtarır

Mütəxəssis


İşəgötürən: Emsa Food

Vakansiya: Sosial Media üzrə mütəxəssis

Son tarix: 04 iyun 2022

İş yeri: Bakı şəhəri

İşin təsviri: 

-Sosial media hesabları və platformaları (Facebook, Instagram, Twitter, LinkedIn, Youtube    və s.) ilə işləmək;

-Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətl kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;

-Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh və soruğuları cavablandırmaq;

-Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;

-Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək;

-Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;

-Bütün SMM kanallarına nəzarət etmək;

İş şəraiti:

-İş rejimi: I-V günlər, 09:00-18:00;

-Şənbə günü qısa gün;

-Nahar yeməyi və rabitə xərcləri təmin edilir;

-Karyera yüksəlişi imkanı;

-İş yeri –  İçəri şəhər metrostansiyanın yanı;

Tələblər:

-Təhsil – Ali.

-Yaş həddi – 22-35 yaş.

-SMM sahəsində iş təcrübəsi minimum 2-3 il;

-Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli, İngilis dilini bilməsi arzu olunandır;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə)  mövzu yerinə “SMM üzrə mütəxəssis” yazaraq göndərilməsi xahiş olunur.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]